26 C
Baku
Saturday, April 20, 2024

Trend xətləri – Texniki analizdə

Trend xətləri – elə bir alətdir ki, treyder onun vasitəsi ilə hazırkı anda bazarda qüvvədə olan trendi müəyyən edə bilir.

Xatırladaq ki, trend nəzərdən keçirilən maliyyə alətinin qiymət hərəkətinin istiqamətini göstərir.

Artıq bilirik ki, üç növ trend vardır:

  • Yüksələn trend, onu həm də “buğa” trendi adlandırırlar. Bu assosiasiya onunla bağlıdır ki, buğa (və ya öküz) qiymətləri öz buynuzu ilə aşağıdan yuxarı qaldırır və qiymət daima artır.
  • Enən trend, onu həm də “ayı” trendi adlandırırlar. Ayı zərbəni yuxarıdan aşağı endirir və bu halda qiymətlər daima aşağı düşür. Deməli ayı pəncəsinin yuxarıdan aşağı hərəkəti müşahidə olunur.
  • Üfüqi trend və ya “flet”. Bazada kəskin, özünü parlaq şəkildə biruzə verən qiymət hərəkəti yoxdur və qrafik sanki dəhlizdə hərəkət edir.

Bəs bazarda hökm sürən, qüvvədə olan trendi müəyyən etmək üçün nə lazımdır?

Qrafiklərə xüsusi baxımlılıq verən trend xətləri məhz bundan ötrü yaradılmışdır.

Yüksələn trend

Yüksələn trendi müəyyən etmək üçün qrafikdə daha yüksək maksimum və daha yüksək minimumlardan ibarət ardıcıllığı tapmaq lazımdır.

Minimumlardan keçən xətt trend xətti yaradır, ona həm də dəstək xətti deyirlər, o səbəbə görə ki, qiymət həmin xəttə çatanda orada dəstəklə üzləşir və geri qayıdaraq yenidən yüksəlməyə doğru gedir.

Trend xətti daha bir vacib funksiya yerinə yetirir – o trendin pozulduğu anı müəyyən etmək imkanı verir, bu zaman yüksələn trenddə qiymətlər trendi yuxarıdan aşağıya doğru kəsir, enən trenddə isə əksinə aşağıdan yuxarıya kəsilmə olur.

Yüksələn trendin və dəstək xəttinin pozulması

trend up

Enən trend

Enən trendi müəyyən etmək üçün, qrafikdə ən aşağı maksimum və ən aşağı minimum nöqtələrini tapmaq lazımdır.

Maksimumlardan keçən xətt trend xəttini yaradır. Onu həm də müqavimət xətti adlandırırlar, o səbəbdən ki, qiymətlər o xəttə çatanda orada müqavimətlə üzləşir və xətti kəsə bilməyib geri qayıdırlar, yəni enişə doğru gedirlər.

Enən trend və müqavimət xətti

trend down

Üfüqi trend

Nəhayət üfüqi trendi müəyyən etmək üçün, qrafikdə elə bir dövr tapmaq lazımdır ki, qiymətin konkret hərəkət istiqaməti olmasın. Bir tərəfdən müqavimət xətti qiymətin yüksəlməsinin qarşısını alır, digər tərəfdən dəstək xətti qiymətin həddindən artıq düşməsinə əngəl olur. Bu müddət treyderlər üçün olduqca faydalıdır, çünki qiymətlərin üfüqi trendi tərk etməsindən sonra, qiymətlərdə ciddi tərəddüdlər, sıçrayışlar baş verir və bu zaman sanballı məbləğ qazanmaq mümkündür.

Üfüqi trend

trend flat

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər