21 C
Baku
Friday, April 26, 2024

TTT+ROC

Müəllif: Fərid Hüseynov, treyder-analitik, Inforex.az

“Teylorun Ticarət Texnikası” (TTT) adlanan metod bazarda kifayət qədər sınanmış üsullardan biri sayılır. Bu yanaşmaya görə, bazar hər 2-3 gündən bir dalğalanmaların yeni maksimum və ya minimumuna çatır. Həmin nöqtələrdə bazara əks təzyiq artır ki, bundan istifadə edərək, qısamüddətli alış və ya satış əməliyyatları açmaq olar. Beləliklə, ümumi trendin istiqamətindən və fundamental vəziyyətdən asılı olmayaraq, bazara hər iki istiqamətdə girmək mümkündür. Yəni TTT xarakterinə görə svinq-ticarət texnikasıdır.

Alış üçün imkan o vaxt yaranır ki, Bazar 1-2 gün ərzində ifrat satış halında olur (Eniş trendi zamanı daha bir əlavə gün tələb oluna bilər). İdeal alış günü öz minimumunda açılır və maksimumundan bağlanır Ertəsi gün qiymət bir qədər geriyə korreksiya edəndən sonra, dəstək zonası tapır və artımını davam etdirir. Məhz həmin dəstək nöqtəsi bizə risklərə nəzarət etmək imkanı yaradacaq. Yəni “stop” əmrimizi onun altında yerləşdirəcəyik.

Əməliyyat açandan sonra bazarın öz açılış nöqtəsindən yuxarıda bağlanıb-bağlanmayacağını izləyirik. Əgər bağlanarsa, əməliyyatı növbəti günə keçiririk. Əgər hər şey düzgün gedirsə, biz alış əməliyyatı açandan sonra Bazar minimumunu təzələməməlidir. Əgər bu baş verərsə, “stop” əmri bizi bazardan çıxaracaq.

Satış əməliyyatı açılan gün bazar əvvəlcə səhər-səhər maksimum formalaşdırmalıdır. Əvvəlki günün maksimumu əsas müqavimət səviyyəsi hesab olunur. Əgər bazar həmin səviyyəni sınaqdan keçirir və yenidən aşağıya dönürsə, bu zaman satış əməliyyatı açaraq, “stop”u həmin maksimumun üzərində yerləşdiririk. Gəlirli əməliyyatı növbəti günə keçirmək olar.

Göründüyü kimi, “Teylorun Texnikası” səhər dönüşlərini tutmaq məqsədi daşıyır. Linda Raşke və Larri Konors məşhur kitablarında bi texnikaya 2 periodlu ROC indikatorunu əlavə etməyi məsləhət görürlər (Biz əvvəlki saylarımızda həmin indikator barədə danışmışıq). Bu halda indikatorun dönüşləri TTT siqnalları ilə üst-üstə düşən hallarda bazara girmək lazımdır.

ttrrcsb

Oxşar məlumatlar

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər