TuranBankın Müşahidə Şurasına və İdarə Heyətinə yeni üzvlər seçilib

Banker.azın verdiyi məlumata görə, TuranBankın Müşahidə Şurasına yeni üzv seçilib.

Abid Məmmədov TuranBankın Müşahidə Şurasına yeni üzv kimi qoşulmuşdur. Qeyd edək ki, buna qədər Müşahidə Şurası 4 nəfərdən ibarətdir, artıq yeni üzvlə birlikdə şuranın üzvlərinin sayı beşə çatdırılmışdır.

Bununla yanaşı əvvəllər bankın baş direktoru olmuş Bəxtiyar Məmmədov İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilmişdir. Bəxtiyar Məmmədov bankın İnformasiya texnalogiyaları üzrə blokuna rəhbərlik edir.