“Turan Bank” Müşahidə Şurası və İdarə Heyəti sədrləri dəyişdi

“Turan Bank” ASC-nin Müşahidə Şurası (MŞ) və İdarə Heyəti Sədri (İH) dəyişib.

Banker.az-ın məlumatına görə, Bankın İdarə Heyəti Sədri Rauf Kazımov MŞ sədri, onun yerinə isə İH sədri kimi Fəzail Musayev təyin olunub.

Qeyd edək ki, MŞ-na bundan öncə Fuad Musayev sədrilik edirdi.