23 C
Baku
Thursday, April 25, 2024

“Turan Bank”ın filialına basqın edən şəxsin fotosu yayımlandı

Dünən Bakıda baş vermiş banka basqın hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Saat 13 radələrində “Turan Bank” ASC-nin Yasamal filialına gələn 50-55 yaşlı kişi qəfil hərəkətlə orada müştəri olan 1967-ci il təvəllüdlü Səriyyə Nəcəfovanın arxasına keçib və bıçağı onun boğaz nahiyəsinə dirəyib.

Həmin şəxs xəzinədarlıqdan pul verilməsini, əks halda qadını öldürəcəyini deyib. Bu zaman mühafizə siqnalizasiyası işə düşüb və hadisə yerinə polis əməkdaşları cəlb edilib. Polis əməkdaşları həmin şəxsi tərksilah edərək tutub. Həmçinin ondan soyuq silah hesab edilən bıçaq götürülüb.

“Turanbank”ın Bakıdakı filialına basqın olub

Araşdırma zamanı həmin şəxsin paytaxtın Yasamal rayon sakini 1967-ci il təvəllüdlü Məmmədov Nazim Novruz oğlu olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.a1d481fc2b47ab018b503cad9873c1a7


©Lent.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər