15 C
Baku
Friday, March 29, 2024

“TuranBank” işini zərərlə davam etdirir

“TuranBank” ASC 2017-ci ilin III rübünə dair maliyyə göstəriclərini açıqlayıb.

Banker.az bu barədə Bankın yaydığı məlumata istinadən xəbər verir.

TuranBank ötən olduğu kimi, bu ildə zərərlə işləməkdə davam edir. Belə ki, cari üçüncü rübünü 379 min manat zərərələ tamamlayıb. Bank cari ilin ilk rübünü 1 mln. 199 min manat, ikinci rübünü isə 948 min manatla zərərlə bitirmişdi. Məlumat üçün bildirək ki, TuranBank 2016-cı ilin sonunu 1.3 mln. manat zərərlə başa vurmuşdur.

Aktivləri və depozit portifeli azalır

Hesabatda qeyd olunan rəqəmlərə görə, Bankın cəmi aktivləri ilin ilk rübü ilə müqayisədə 12 milyon 230 min azalaraq 525 milyon 655 min manata düşüb. Bankın cəmi kapitalı ötən rüblə müqayisədə isə 533 min manat artaraq 59,4 mln. manat olub.

Əhalinin bankda olan əmanətlərinin həcimində də azalma var. Belə ki, ilin ikinci rübü ilə müqayisədə 3-cü rübdə 8,9 milyon manat azalaraq 251mln. 835 min manata düşüb. Lakin, onu da qeyd edək ki, ilin ilk rübündə bu rəqəm 245 mln. 238 min manat idi.

Xatırladaq ki, Bankın 2016-ci ilin audit hesablamasını 2015-ci ildən fərqli olaraq “KPMG” audit şirkəti aparmışdı.

Son xəbərlər
Digər xəbərlər