15 C
Baku
Thursday, May 9, 2024

“Turanbank”a hücm edənin aqibəti bu tarixdə məlum olacaq

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində banka hücum etməkdə təqsirləndirilən Nazim Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, təqsirləndirilən şəxs özünə yeni vəkil tutub.

Vəkil işlə tanış olmaq üçün məhkəmədən 1 həftə vaxt istəyib.

Vəkilin vəsatəti təmin olunub və növbəti məhkəmə prosesi mayın 29-na təyin edilib.

İttihama görə, ötən il “TuranBank” ASC-nin Yasamal filialında naməlum şəxs bankda müştəri olan, 1967-ci il təvəllüdlü Səriyyə Nəcəfovanı bıçaqla hədələyərək xəzinədarlıqdan pul verilməsini tələb edib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib və həmin şəxs tərksilah edilərək tutulub.

Araşdırma zamanı həmin şəxsin paytaxtın Yasamal rayon sakini, 1967-ci il təvəllüdlü Məmmədov Nazim Novruz oğlu olduğu müəyyən edilib.

N.Məmmədov quldurluqda təqsirləndirilir.

MənbəTrend
Son xəbərlər
 ⁠
Digər xəbərlər