13 C
Baku
Friday, March 29, 2024

TuranBankın aktivləri 16,8% artmışdır

2014-cü ilin oktyabr ayının 1-nə TuranBankın aktivləri 2013-cü ilin analoji dövrü ilə müqayisədə 16,8%, ötən ilin sonu ilə müqayisədə isə 13,9% artaraq 278,4 mln. manat təşkil etmişdir. Hesabat tarixinə Bankın kredit portfeli 2013-cü ilin analoji dövrü ilə müqayisədə 18%, ötən ilin sonu ilə müqayisədə isə 20% artaraq 212,5 mln. manata çatmışdır.

Cari ilin sentyabr ayının sonuna Bankın müştəri hesabları və depozit portfeli 131,7 mln. manat təşkil etmişdir. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətlərinin həcmi 67,7 mln. manat olmuşdur.

1 oktyabr 2014-cü il tarixinə Bankın nizamnamə kapitalı 47 mln. manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artmışdır. Hesabat dövründə Bankın məcmu kapitalı ötən ilin sonu ilə müqayisədə 14%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 22% artaraq 55 mln. manat təşkil etmişdir.

2014-cü ilin yanvar-sentyabr ayı üzrə fəaliyyət nəticələrinə əsasən Bankın gəlirləri 24,267 mln. manat, xərcləri isə 18,652 mln. manat təşkil etmişdir. Hesabat dövrü ərzində Bankın balans mənfəəti 5,615 mln. manat olmuşdur.

Son xəbərlər
Digər xəbərlər