Turistlər körpünü necə keçsinlər?

Dörd turistə asma körpü ilə çayıgecə keçmək lazımdır. Körpü artıq çox köhnədir, döşəməsində dəliklər var və o, eyni vaxtda iki nəfərdən artıq adama tab gətirə bilməz (əgər körpüdə iki nəfərdən çox adam olarsa, körpü uçacaq). Turistlər asma körpünü yalnız fənərlə işıqlandırarlarsa keçə bilərlər, yoxsa onlar asma körpünün döşəməsindəki dəliklərdən yıxıla bilərlər. Turistlərin yalnız 1 fənəri var və bu 4 turist fərqli sürətlə hərəkət edirlər. Reyn 1 dəqiqə, Lari 2 dəqiqəyə körpünü keçə bilər, Elenə 5 dəqiqə, ən ləng Bonoya isə körpünü keçməyə 10 dəqiqə lazımdır. Düz 17 dəqiqə sonra körpü uçacaq. Necə etməlidirlər ki, hər 4 turist körpünü sağ-salamat keçə bilsin?

Düzgün cavabı aşağıda rəy bölməsinə qeyd edin.

📝 RƏY BİLDİR