Turistlər oteldən nə oğurlayır

Əksər otel ziyarətçiləri özləri ilə hər hansı bir xatirə və ya yadigar əşya saxlamağa meylli olur. Lastminute.com onlayn servisi xüsusi bir sorğu keçirmiş və mehmanxana qonaqlarının ən çox özləri ilə aparmağa çalışdığı əşyaların hansılar olduğunu müəyyən etmək istəmişdir. Sorğuda 500 otel əməkdaşı iştirak etmişdir.

Araşdırmanın nəticələri əsnasında tərtib olunmuş hesabata əsasən, qonaqlar öz nömrələrini tərk edərkən telefon, televizor, pərdə, hətta çarpayı aparmağa belə cürət edirlər.

Məsələn, Las-Veqas otelinin daimi ziyarətçilərindən biri onun xoşuna gələn xalçanı oğurlamağa qərar vermişdir, o qabacadan xalçanı bu məqsədlə bir neçə hissəyə doğramışdır. Dubayın beş ulduzlu otelinin sakini isə nə nömrədəki mini-barından, nə də divanından ayrılmamağa qərar vermişdir.

Daha bir diqqətə layiq oğurluq isə Berlində baş tutmuşdur: yerli otellərin birindən sakinlər yağış duşu paneli, hidromassaj üçün qarmaqlar, kran, su çanağı və ayaqyolu oturacağını çıxararaq aparmağa müvəffəq olmuşdur. Amma qonaqların əlindən ən çox zərərçəkən isə İstanbulun lüks oteli olmuşdur, burada sakinlər otağı tərk edəndən sonra orda ancaq boş çarpayı, yazı stulu və televizor qalmışdır. Qalan bütün əşyalar oteldən çıxarılmışdır.

Otel işçiləri həm də bildirir ki, ziyarətçilər lampaları açaraq götürürlər. Əlbəttə öz-özünə itən əşyalar siyahısında heykəlciklər, keramik fiqurlar və qədimi-antikvar əşyalar olur.

Düzünə qalsa burda heç də hər kəsin bəxti gətirmir: Məsələn Dublin otelinin ziyarətçisi bir dəfə yeni il ərəfəsində şam ağacının altına yığılan hədiyyələri oğurlamışdı, amma qutudan çıxanlar sadəcə milad dekorasiyasından başqa bir şey deyildi, bu əşyaları görəndə onun məyus olmuş çöhrəsini təsəvvür edə bilərsiniz.