4 C
Baku
Friday, March 29, 2024

Türk bankı: İlk böyük iflas rəqəmsal valyutalarda olacaq

“Bundan sonrakı ilk böyük maliyyə böhranı rəqəmsal valyutalar və bu cür yeni texnologiyalarda olacaq. Təhlükə getdikcə yaxınlaşır”. “Bloomberg” agentliyinə istinadən, bu açıqlamanı Türkiyənin nüfuzlu banklarından biri – “Dənizbank”ın baş direktoru Hakan Ateş İstanbulda keçirilən VIII Maliyyə Sammitində bildirib.

Bank sektorunun perspektivlərinə toxunan H.Ateş qeyd edib ki, “hər hansı bir əməliyyatı həyata keçirmək üçün bank şöbəsinə getdiyinizdə 4 lirə, mobil bankçılıqdan istifadə edərək həyata keçirdiyinizdə isə 45 dəfə az, yəni 0,09 lirə xərciniz çıxır. Mobil bankçılığa investisiya qoya bilməyən bir müddət sonra uduzacaq”.

H.Atəş əlavə edib ki, “banklar operativ əməliyyatları, yəni bankomatları, POS-terminalları, kredit kartları, pul daşıyan nəqliyyat vasitələrini və mühafizə işlərini birləşdirərək xərcləri xeyli azalda bilər”.

Qeyd edək ki, Rusiyanın “Sberbank”ı 75% payla “Dənizbank”ın əsas səhmdarıdır, qalan 25% isə İstanbul Birjasında tədavüldədir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər