25 C
Baku
Friday, April 19, 2024

Türk bankları Rusiyadan aktivlərini çıxarır

Rusiya və Türkiyə arasında yaranmış konflikt ölkədə fəaliyyət göstərən Türkiyə iştiraklı bankların Rusiya Federasiyasından getməsinə gətirib çıxara bilər. Baxmayaraq ki, həmin banklar RF qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərirlər və tətbiq edilən sanksiyalar bank sektoruna şamil edilmir. Rusiyanın “İzvestiya” nəşrinin verdiyi məlumata görə, İşbank aktivlərini ikiyə qədər azaltmış, Kredit Avropa Bank isə ştatında ixtisarlara başlamışdır.

Rusiya Mərkəzi bankının statistikasına əsasən, 2015-ci ilin 1 dekabr tarixindən 2016-cı ilin 1 yanvar tarixində qədər İşbank bankının (Türkiyənin İş Bankası-nın törəmə bankı) aktivləri 44,7% azalmışdır. Rusiyada fəaliyyət göstərən digər türk iştiraklı – Kredit Avropa bank, Garanti Banka – Moskva, Yapı Kredi Bank Moskva, Ziraat Banka Moskva, Prokommersiya bankında bir o qədər ciddi aktiv ixtisarı müşahidə edilməyib. Belə ki, Prokommersiya bankının aktivləri 6%, Kredit Avropa Bankının 1,6%, Ziraat Bankın 0,1% enmişdir. Garanti Banka – Moskva və Yapı Kredi Bankın aktivləri isə əksinə, 8,9 və 7,9% artmışdır. Ümumilikdə isə, 1 dekabr 2015 – 1 yanvar 2016-cı il tarixləri arasında Rusiya bank sisteminin aktivləri 5% artmışdır.

Rusiyada fəaliyyət göstərən ən böyük türk iştiraklı bank olan Kredit Avropa Bank Rusiyanın ən nəhəng banklarının TOP-60-lığına daxildir və Auchan Group, IKEA və Metro Cash & Carry şirkətlərinin əsas partnyorudur. Hüsni Ozegin həmçinin Rusiyada “Kredit Avropa Lizinq” lizinq şirkətinə, Marks & Spencer, Gap və Banana Republic mağazalarına, Wall Street ingilis dili məktəbinə sahibdir. Türkiyə iştiraklı digər banklar aktiv baxımından ən nəhəng bankların 100-lüyünə daxil ola bilməmişlər.

Son xəbərlər
Digər xəbərlər