Türkiyə haqqında ən maraqlı faktlar

  • Türklər də bizim kimi çox qonaq pərvərdirlər.
  • Türkiyənin bəzi yerlərində hələ də “qan davası” öz mövcudluğunu qoruyub saxlayır.
  • Türkiyə dörd dənizlə əhatə olunub.
  • Bu ölkədə ən məşhur spirtli içki rakıdır.
  • Ölkənin iqtisadi paytaxtı – İstanbul şəhəridir.
  • Türkiyənin ilk paytaxtı – Bursa şəhəridir (1326-cı il).
  • İstanbul şəhəri Avropa və Asiyanı birləşdirir.
  • Türkiyənin Maraş şəhəri öz dondurması ilə məşhurdur və bu dondurma saqqız kimi uzanır və onu çeynəmək lazımdır.
  • Türkiyədə ən məşhur suvenir göz muncuğudur.
  • Türklər latın əlifbasından istifadə etsə də, onlarda «Q», «W», «X» hərfləri yoxdur.
  • 1934-cü ilə qədər türklər də soyad mövcud deyildi. Soyadlar barədə qanun qəbul edildikdən sonra əhali öz soy-kökünə uyğun olan soyad seçməyə başladı.
  • Türklər fanatik şəkildə futbol azarkeşidirlər. Hətta uşaqlar belə kiçik yaşlarından azarkeşliyə cəlb olunur.
  • Demək olar ki, 3,5 milyon türkiyəli hazırda Almaniyada yaşayır.

  • Kofe və zanbaq Avropaya Türkiyədən aparılıb.
  • Burada Göy Məscid – yeganə məsciddir ki, altı minarəyə sahibdir. Deyilənə görə, padşah “altın minarə” (qızıl minarə) yaradılmasını əmr etmiş, lakin memarlar bunu altı qəbul edərək, altı minarə yaratmışlar.
  • Türklərə görə bütün “qıyıq gözlülər” yaponlardır.
  • Şəhərlərarası sərnişin daşıması avtobusla həyata keçirilir, dəmir yolu nəqliyyatı o qədər də inkişaf etməyib.
  • Türkiyənin bəzi əyalətlərində hələ də İsa Peyğəmbərin doğma dilində danışırlar.
  • Dünyanın yeddi möcüzəsindən ikisi – Efes Artemidası məbədi və Helikarnas mavzaleyi Türkiyədə yerləşir.
  • Türkiyə Avropaya tekstil ixrac edən nəhəng ölkələrdən biridir.
  • Türkiyə öz insanları, şəhərləri, küçələri, dənizləri, təbiəti və s. ilə heyrətamiz bir ölkədir.
📝 RƏY BİLDİR