Türkiyədə avro tarixi rekordunu yenilədi – artım davam edir

Dekabr iclasında FED-in uçot dərəcəsini artırması ehtimalı hazırda 100% təşkil səbəbdən, Türkiyə və Rusiyada dollar möhkəmlənir. Dollar lirə qarşısında möhkəmlənərək 3,90 TL səviyyəsinə yüksəlib.

Banker.az bu barədə Türkiyə KİV-nə istinadən məlumat verir.

Avro Türkiya birjalarında tarixi rekordunu yeniləyib. Belə ki, EUR/YTL cütlüyünün məzənnəsi 1 kuruş artaraq 4,6015 səviyyəsinə qalxıb. Bu göstərici cütlüyün ifadə etdiyi ən böyük göstəricidir.

 

Xatırladaq ki, yerli analitiklərin qənaətincə FED dekabrın 12-13-də keçirəcəyi növbəti iclasa qədər Türkiyədə dolların məzənnəsinin 4 lirə həddini ötəcək.