8 C
Baku
Tuesday, March 19, 2024

Türkiyə Aİ-nın qara offşor siyahısına salına bilər

Avropa İttifaqı artıq gələn aydan Türkiyəni offşor yurisdiksiyalarının qara siyahısına daxil edə bilər.

Banker.az xəbər verir ki, Bloomberg agentliyi məlumat yayıb.

Vəzifəsinə “Vergitutma məsələləri üzrə əməkdaşlıqdan imtina edən yurisdiksiyalar”-ın öyrənilməsi olan Aİ-nın işçi qrupu belə bir nəticəyə gəlib ki, Türkiyə maliyyə şəffaflığının təmin edilməsi və çox əlverişli vergi rejimləri ilə effektiv mübarizə üçün kifayət qədər tədbirlər görməyib. Qeyd edilən bu işçi qrup 5 dekabrda Aİ ölkələrinin maliyyə nazirliklərinin rəhbərlərinə Türkiyəni offşor yurisdiksiyalarının qara siyahısına salmağı məsləhət görə bilər.

Bloomberg agentliyi həmçinin qeyd edir ki, Aİ qara siyahıda olacaq ölkələrə qarşı hansı sanksiyaların tətbiq ediləcəyinə dair hələ qərar verməyib. Lakin Türkiyənin siyahıya daxil edilməsi xəbəri belə onun nüfuzuna böyük zərər gətirir. Aİ-nın bəzi üzvləri, xüsusən də Fransa, belə dövlətləri beynəlxalq maliyyələşmə alıcıları sırasından çıxarmağı təklif edir.

Ümumilikdə qara offşor siyahısına 36 dövlət daxil ola bilər. Namizəd ölkələr sırasında Türkiyə ilə yanaşı, Ermənistan, Serbiya, Panama və Tunis də var.

Son xəbərlər
Digər xəbərlər