23 C
Baku
Friday, April 19, 2024

Türkiyə Azərbaycan əsilli biznesmenə görə ABŞ-a nota verdi

Türkiyə ABŞ-da həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərrabla bağlı Vaşinqtona nota verib.

Bu barədə “Anadolu” agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, notanın verilməsi iş adamın durumu ilə əlaqədardır. Türkiyə XİN-in bununla bağlı rəsmi açıqlama yayacağı gözlənilir.

Qeyd edək ki, bu gün Türkiyə KİV-lərində Rza Zərrabın həbsxanada yoxa çıxması ilə bağlı xəbərlər yayılıb. Onun 5 gündür harada olduğu bilinmir.

İş adamının vəkili Şeyda Yıldırım Zərrabdan xəbər ala bilmədiyini deyib.

“Beş gündür ki, bizə heç bir məlumat verilmir. Rza Zərrabdan xəbərimiz yoxdur” – deyə xanım vəkil qeyd edib.

rza zarrab zerrab
Ebru Gündəş(solda), və həyat yoldaşı Reza Zərrab (R), İstanbulda, 27 fev. 2013: REUTERS/Hurriyet

Xatırladaq ki, Azərbaycan əsilli iş adamı Rza Zərrab ABŞ-ın Mayami şəhərində həbs olunub. 33 yaşlı milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur.

MənbəAzVision
Son xəbərlər
Digər xəbərlər