26 C
Baku
Saturday, April 20, 2024

Türkiyə Gürcüstan məhsullarına kvotanı ləğv etdi

Türkiyə Gürcüstan məhsullarına tətbiq etdiyi kvotanı ləğv edib.

Bu barədə razılıq bu gün Ankarada, Gürcüstan baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi arasında keçirilən görüşdə əldə olunub.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən bildiriblər ki, görüşdə Türkiyə ilə Gürcüstan arasında azad ticarət haqqında müqaviləyə yenidən baxılıb, ticarət dövriyyəsinin artırılması məsələləri müzakirə olunub. Türkiyə tərəfi Gürcüstanın sitrus meyvələrinə, üzüm, quru meyvələr, meyvə-tərəvəz konservlərinə və şirələrinə qoyduğu kvotanı ləğv etdiyini bildirib.

Qeyd olunub ki, bu gün Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşıdır və 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,5 milyard dollar təşkil edib.

Kvotanın ləğvi isə gürcü istehsalçıların Türkiyəyə ixrac etdikləri məhsulların həcmini təqribən 20 faiz artıracaq.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər