18 C
Baku
Thursday, April 25, 2024

Türkiyə iqtisadiyyatını Yunanıstandakı problemlər gözləyir, brokerlər deyir

Türkiyə iqtisadiyyatına kredit qoyuluşunun illik artım sürəti son illərdə Yunanıstanla ilə təxminən eyni olub.

“Bloomberg” agentliyinə istinadən, “RenCap” broker şirkətinin Londonda yerləşən ofisinin baş iqtisadçısı Çarlz Robertsona (Carles Robertson) görə, sürətli kreditləşmə 2010-cu ildə Yunanıstanda maliyyə böhranına gətirib çıxarıb.

“Yunanıstan, Rusiya və Braziliya kimi iqtisadiyyata sürətli kredit qoyuluşuna sahib olan ölkələrin hamısı böhran ve resessiya ilə üzləşib. Son 15 ildə ən sürətli kredit artımına sahib olan ölkə Türkiyə olsa da, bu ölkədə böhran baş verməyib”, – deyə baş iqtisadçı qeyd edib.

turkey
Valyutadəyişmə məntəqəsi, İstanbul

Xatırladaq ki, Beynəlxalq Hesablaşmalar Bankının (BIS) statistik məlumatına əsasən, Türkiyə 2001-2016-cı illərdə kredit artımı sürətinə görə Çin, Braziliya, Rusiya, Hindistan və s. inkişaf etməkdə olan ölkələri geridə qoyub. BIS hesabatında bildirib ki, özəl sektora verilən bank kreditlərinin ÜDM-ə nisbəti 2001-ci ildəki 14,5%-dən 2016-cı ildə 62%-ə yüksəlib.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər