23 C
Baku
Saturday, April 20, 2024

USD/YTL məzənnəsi 4,00-a çata bilər, Mərkəzi Bank valyuta bazarına müdaxilə etməyə hazırlaşır

Türkiyə Mərkəzi Bankı (TCMB) son günlər valyuta bazarında yaranan sərt dalğalanmanın və lirənin məzənnəsində kəskin ucuzlaşmanın qarşısını almaq üçün bazara müdaxilə etməyə hazırlaşır.

“Habertürk” saytına istinadən, TCMB bununla bağlı rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, iqtisadi əsaslara söykənməyən qiymət hərəkətləri nəzərə alınaraq bankların icazə verilən valyuta ehtiyatı dəhlizinin üst limiti 60%-dən 55%-ə endirilib: “Bu dəyişikliklə, təxminən, 5,3 mlrd. lirə dövriyyədən çıxarılaraq 1,4 mlrd. dollar likvidlik şəklində banklara daxil olacaq”.
Qərardan sonra 3,83 TRY/USD səviyyəsinə qədər geriləyən məzənnə daha sonra yenidən yüksəlməyə başlayıb. Hazırda dolların məzənnəsi 3,8650 TRY/USD səviyyəsində qərarlaşıb.

Qeyd edək ki, Türkiyədə dolların artmasına səbəb bu gün qlobal valyuta bazarında müşahidə olunan dolların möhkəmlənməsi prosesidir. “Report”un analitik qrupu Türkiyədə noyabr ayı ərzində dolların məzənnəsinin bir qədər də yüksələcəyini və 4,00 TRY/USD-yə çatacağını proqnozlaşdırır.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər