23 C
Baku
Saturday, April 20, 2024

Türkiyə qlobal halal bazarındakı payını 10%-ə çatdırmaq niyyətindədir

“Dünya üzrə müsəlmanların sayı 2 milyard nəfər yaxındır və onların halal qidaya və halal sektora qarşı həssaslığı ilbəil artmaqdadır”.

APA-nın İstanbula ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Dünya Halal Sammitində (World Helal Summit) “Discover Events”in İdarə Heyətinin sədri Yunus Ete bildirib.

Onun sözlərinə görə, dünya üzrə halal bazarın həcmi 4 trilyon dollar təşkil edir ki, bunun 2 trilyon dolları İslam bankçılığı, ödəmə sistemləri və sığorta kimi sektorları özlərində birləşdirən İslam maliyyəsinin, 1 trilyon dolları halal qidanın, 250 milyard dolları halal turizmin payına düşür.

Y.Ete əlavə edib ki, İslam maliyyəsi İngiltərə, İsveçrə, Malayziya, Bəhreyn, Səudiyyə Ərəbistanında daha çox istifadə olunur.

İnkişaf etməkdə olan müsəlman ölkələrində mütəmadi olaraq İslam maliyyəsinə aid yeni məhsulların tətbiq edildiyini deyən Y.Ete əlavə edib ki, bu baxımdan Türkiyə xeyli inkişaf edib.

“Dünya üzrə halal turizm sektorunun həcmi 250 milyard dollara çatıb. Son zamanlar bu baxımdan Türkiyə xeyli inkişaf edib. Türkiyədə xidmətini halal turizm üzərində quran otellərin sayı durmadan artır”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, Türkiyənin qlobal halal bazarındakı payı 2-5% təşkil edir: “Hazırda Türkiyənin halal bazardakı payı 100 milyard dollara çatıb ki, bunun da 55 milyard dolları İslam maliyyəsinin payına düşür. İnanıram ki, dünya üzrə payımız 10%-ə, yəni 400 milyard dollara çatacaq. Atılan müvafiq addımlarla buna qıda müddət ərzində nail ola biləcəyik”.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər