4 C
Baku
Friday, March 29, 2024

Türkiyə vətəndaşı lotereyada 11,4 milyon dollar udub

Türkiyənin Ərzincan vilayətinin sakini milli lotereyada 42,5 milyon türk lirəsi – 11,4 milyon dollar udub.

Bu barədə “Habertürk” məlumat yayıb.

Lotereyanın təşkilatçıları uduşa düşən nömrələrin 5, 12, 17, 20 və 40 olduğunu bildiriblər.

“Sabah” qəzeti isə Türkiyə tarixində ən böyük lotereya uduşunun Yeni il gecəsi, 61 milyon türk lirəsi – 16,3 milyon dollar məbləğində olduğunu qeyd edib. Məbləğ 4 nəfər arasında bölünüb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər