15 C
Baku
Wednesday, April 24, 2024

Türkiyənin ən məşhur iş adamlarından biri – Rəhmi Koç

Təvəllüd: 1930-cu il

Anadan olduğu yer: Ankara, Türkiyə

Vətəndaşlığı: Türkiyə

Rəhmi Koç iş maqnatı və məşhur xeyriyyəçidir. Onun şəxsi kapitalı təxminən 1,4 milyard dollar təşkil edir.

Rəhmi Koç 1930-cu ildə Ankarada anadan olub. Onun atası Türkiyənin ən varlı simalarından biri olub. Buna görə Rəhminin heç bir zaman böyük problemləri olmayıb.

Rəhmi Koç təhsilini Ankarada alıb. Daha sonra isə təhsilini İstanbulda Robert College kollecində, ABŞ-da Johns Hopkins University universitetində davam etdirib.

Hərbi xidmətdən qayıtdıqdan sonra Rəhmi Koc Group şirkətində işləməyə başlayır. İki ildən sonra o, Koc Group şirkətini Ankarada təmsil edən Koc Ticaret təşkilatına keçir.

Rahmi M. Ko 1

1964-cü ildə şirkətin baş ofisi İstanbula köçürülür. Rəhmi Koç isə şirkətin baş koordinatoru vəzifəsini tutur.

1970-ci ildə Rəhmi Koç şirkətin icraiyyə komitəsinin sədri, beş ildən sonra isə idarə heyətinin sədri vəzifələrini tutur. 2003-cü ilin 4 aprelinə qədər Rəhmi Koç şirkətin idarə heyətinin başçısı vəzifəsində olub. Həmin tarixdə onun böyük oğlu Mustafa Koç şirkətin idarə heyətinin sədri vəzifəsinə keçir.

Hal-hazırda Rəhmi Koc Holding holdinqinin nüfuzlu sədridir. Həddindən artıq fəal biznes və ictimai fəaliyyətinə görə Rəhmi Koç dəfələrlə çox saylı mükafatlarla təltif olunmuşdu.

rahmi koc%201

Bugünkü gündə Koc Holdin şirkəti Türkiyənin ən nəhəng holdinqlərindən biridir. Bu holdinq General Electric və Ford Motor Co şirkətləri ilə əməkdaşlıq edir və daim öz üzərində çalışaraq inkişaf etməyə davam edir.

Şirkətin rəhbərliyi və əməkdaşları türk idxalının 5% -dən çox istehsal edən nəhəng bir imperiya yaradıblar. Hal-hazırda şirkət hər il 12 milyard dollarlıq məhsul istehsal edir və 40 min insanı işlə təmin edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər