5 C
Baku
Friday, March 29, 2024

Türkiyənin 100 ən dəyərli şirkəti arasında SOCAR-ın səhmdar olduğu şirkətdə var

Banker.az APA-ya istinadən xəbər verir ki, siyahıda “Petkim Petrokimya Holding A.Ş.” də yer alıb. Şirkətin 2 mlrd. 166 mln. 779,432 min lirə dəyərində qiymətləndirilir. Qeyd edək ki, holdinqin səhmlərinin 51%-i “SOCAR Turkey Petrokimya A.Ş.”-yə, 5,3216%-i isə “SOCAR Turkey Energy” şirkətinə məxsusdur.

Onu da əlavə edək ki, “SOCAR Turkey Energy” artıq holdinqdəki 5,32%-lik payını satır. 79,8 mln. lirə dəyərində olan hissə birjada satışa çıxarılıb və bununla bağlı şirkət Türkiyənin Mərkəzi Qeydiyyat Qurumuna müraciət edib.
Türkiyənin ən dəyərli şirkətləri siyahısına “Tekfen Holding” də daxil ola bilib. Holdinqin dəyəri 892 mln. 456,022 min lirədir. Qeyd edək ki, “Tekfen” SOCAR-la sıx əməkdaşlıq edir. Holdinqin strukturuna daxil olan “Tekfen İnşaat” SOCAR-ın elan etdiyi bir sıra tenderlərin qalibi olub. Buna misal olaraq SOCAR-ın yeni inzibati binasının tikintisi üzrə xidmətlərin göstərilməsi üçün keçirilən müsabiqəni göstərmək olar. Bununla yanaşı, “Tekfen İnşaat” Bakı Olimpiya Stadionunun tikintisində də iştirak edib.
“Yapı Kredi Bankası” da ən dəyərli şirkətlər siyahısına düşə bilib. Belə ki, “Yapı Kredi Bank Azərbaycan”ın ana müəssisəsi olan bankın dəyəri 6 mlrd. 58 mln. 813,021 min lirə təşkil edir.
Maraq üçün qeyd edək ki, “Koç Holding” siyahıya liderlik edir. Holdinqin dəyəri təxminən 11,5 mlrd. lirədir.
Son xəbərlər
Digər xəbərlər