14 C
Baku
Wednesday, April 17, 2024

Türklər öz “iPhone” telefonlarını sındırır və yandırırlar – video

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın boykot barədə həmvətənlərinə etdiyi çağırışdan sonra türklər hərəkətə keçiblər.

Əhali ABŞ-da istehsal olunmuş mallardan imtina edir.

İş o yerə çatıb ki, “iPhone” istifadəçiləri nümayişkaranə şəkildə öz smartfonlarını sındırırlar.

Sosial şəbəkələrdə yerləşdirilən video ABŞ-a etiraz dalğasının necə sürətlə geniş vüsət aldığını göstərir.

Qeyd edək ki, Ərdoğan əhaliyə müraciət edərək, hər kəsi yerli məhsulları almağa çağırıb:

“ABŞ “iPhone” istehsal edir, bizim isə heç də geri qalmayan “Vestel Venus” varımızdır”.

Son xəbərlər
Digər xəbərlər