16 C
Baku
Friday, April 19, 2024

Uber-in çinli rəqibi qlobal ekspansiyasını davam etdirir

Uber şirkətinin əsas rəqibi, Çinin Didi Chuxing şirkəti avtomobil sifarişi üzrə braziliyalı 99 xidmətini əldə edib.

Banker.az xəbər verir ki, müqavilənin dəyəri təqribi olaraq 1 milyard dollar təşkil edir.

Müqavilənin şərtləri bəlli olmasa da, Didi Chuxing şirkətinin Riverwood Capital, Monashees, Qualcomm Ventures, Tiger Global və SoftBank da daxil olmaqla əvvəlki investorların səhmlərini 600 milyon dollara alacağı və regional ekspansiyaya əlavə olaraq 300 milyon dollar sərmayə yatıracağı artıq məlumdur.

Didi Chuxing şirkəti daha əvvəllər də Cənub-Şərqi Asiyada Grab və Yaxın Şərqdə Careem də daxil olmaqla digər avtomobil sifarişi xidmətlərinə vəsait yatırıb. Bununla belə, 99 ilə müqavilədən əvvəl şirkət yalnızca Çində xidmətlər əldə edirdi.

Son xəbərlər
Digər xəbərlər