13 C
Baku
Friday, April 19, 2024

UBS: Bitcoin ənənəvi valyutanın əsas funksiyalarını yerinə yetirmir

Banker.az xəbər verir ki, İsveçrənin UBS bankının rəhbəri və alman Mərkəzi bankının keçmiş prezidenti Aksel Veber bildirib ki, Bitcoin rəqəmsal valyutası valyutaların yerinə yetirməli olduğu vacib funksiyalardan bəzilərini icra etmir.

Onun sözlərinə görə, valyutanın əsas funksiyası ödəniş vasitəsi olmasıdır. Belə bir ödəniş vasitəsi hər kəs tərəfindən qəbul edilən olmalıdır. Əsl valyuta özlüyündə dəyərə malik olmalı və tranzaksiya həyata keçirmək üçün vəsait rolunu oynamalıdır. Bitcoin isə yalnızca tranzaksiya həyata keçirmək üçün vasitədir.  

Hazırda Bitcoin və digər kriptovalyutalar ilə bağlı iddialar çox müxtəlifdir. Belə ki, Veberdən bir qədər əvvəl, JPMorgan Chase & Co rəhbəri Ceyms Daymon Bitcoini fırıldaq adlandırmış və bunu çox az insanın anladığına heyrət etdiyini vurğulamışdı.

Bununla belə, Wall-Streetin nəhəng banklarından biri olan Morgan Stanley bankının rəhbəri isə Bitcoini möcüzədən daha artıq adlandırmışdı və kriptovalyutanı çox perspektivli hesab etdiyini qeyd etmişdi.

Son xəbərlər
Digər xəbərlər