15 C
Baku
Saturday, April 20, 2024

Üçqat təpə və üçqat dib modelləri

Üçqat təpə modeli (Triple Top) – texniki analizdə yüksələn trendin qrafik dönüş modelidir. Üçqat təpənin müəyyən edilməsi üçün treyder qiymətlərin hərəkətini diqqətlə izləməlidir.

Yüksələn trenddə maliyyə alətinin kursu üçüncü dəfə güclü müqavimət həddinə yaxınlaşırsa, amma onu kəsə bilmirsə, bundan sonra enib aşağıya doğru gedirsə, onda üçqat təpə əmələ gəlir.

Üçqat təpə modeli

triple top

Qeyd edək ki, sözü gedən modelin hər üç maksimumu təqribən öz aralarında bərabər olmalıdır.

İndi isə üçqat təpəyə əks olan bir modeli nəzərdən keçirək, bu model üçqat dib adlanır.

Üçqat dib modeli (Triple Bottom) – texniki analizdə aşağı enən trendin qrafik dönüş modelidir.

Üçqat dibi müəyyən etmək üçün treyder yenə də qiymət davranışını diqqətlə izləməlidir.

Enən trenddə, maliyyə alətinin kursu üçüncü dəfə güclü dəstək xəttinə tərəf aşağı düşərsə, amma onu kəsə bilməyib, bundan sonra dönərək yuxarı qalxırsa, ondan üçqat dib əmələ gəlir.

Üçqat dib modeli

triple bottom

Son xəbərlər
Digər xəbərlər