15 C
Baku
Friday, March 29, 2024

UEFA “Qarabağ”ın qazancını açıqladı

Çempionlar Liqasının (ÇL) 2017/2018 mövsümündə çıxış edən klubların qazancı açıqlanıb. Bu mövsüm ÇL-də mübarizə aparan komandaların hesabına ümumilikdə 1,3 milyard avro köçürüləcək.

Turnirin qrup mərhələsində iştirak edəcək hər klub 12,7 milyon avro gəlir götürəcək. Bundan əlavə, qrupda hər qələbəyə görə əlavə 1,5 milyon, heç-heçəyə görə isə 500 min avro veriləcək.

1/8 finala adlayacaq komandalar büdcələrini bir qədər də genişləndirəcəklər. Belə ki, bu göstəriciyə imza atacaq hər klub daha 6 milyon, 1/4 finala yüksələcək komanda isə 6,5 milyon avro qazanacaq. Yarımfinalın mükafatı 7,5 milyon avro olacaq.

Yarışın qalibi əlavə 15,5 milyon avro qazanacaq, finala adlayan digər komandaya isə 11 milyon avro veriləcək.

Çempionlar Liqasında mübarizəni pley-off mərhələsində dayandıran klublara isə 260 min avro ödəniləcək.

Qeyd edək ki, ÇL-dəki təmsilçimiz “Qarabağ” pley-off mərhələsinin ilk görüşündə “Kopenhagen”i 1:0 hesabı ilə məğlub edib. Azərbaycan çempionu Danimarka təmsilçisi ilə cavab matçını avqustun 23-də keçirəcək.

Son xəbərlər
Digər xəbərlər