18 C
Baku
Thursday, April 25, 2024

Uğurlu insanların günortaya qədər çatdırdıqları 10 iş

(Səmərəli iş təcrübəsindən)

Bu yaxınlarda ABŞ Psixoloqları Assosiasiyasının jurnalında dərc olunan tədqiqatın nəticələrinə görə, səhər erkən yuxudan duran (“erkən quşlar”) insanlar gecələri oyaq qalıb hər hansı işlə məşğul olan (“bayquş”) insanlardan daha xoşbəxtdir, onlar daha çox uğur qazana bilir.

Tədqiqatın gedişində 17 yaşdan 19 yaşa qədər 700 nəfərdən artıq gənclər arasında sorğu keçirilmişdir. Seçilmiş bu insanlar səhər tezdən yuxudan oyananda işə getmək həvəsli və özlərini xoşbəxt və sağlam hesab edən gənclər olmuşdur. Bunun mümkün izahlarından biri də odur ki, cəmiyyət həmişə erkən duran insanların qrafikinə meyilli olmuşdur və ona görə də belə insanlar məhsuldar hesab edilmişdir. Onlara oxşamaq istərdinizmi? Onda bu gümrah insanların hər gün günortaya qədər çatdırdıqları işlərə diqqət yetirin:

1. Onlar gün ərzində görəcəkləri işlərin planını axşamdan tərtib edir. Bu işi səhər etsəniz, iş vaxtınızdan gedəcək. eyni zamanda, axşamdan qurulmuş plan isə rahat yatmağa da imkan verir.

2. Gecələr bu insanlar yaxşı dincəlir. Yuxudan doymamaq (normal insan sutka ərzində 8 saat yatmalıdır) fikri cəmləşdirmək səviyyəsinə, bununla da məhsuldarlığa mənfi təsir edir.

3. Onlar səhərlər yataqda çox qalmağı xoşlamır. Siz hər səhər yuxunuzu bir qədər davam etmək üçün özünüzə 10 dəqiqə, sonra yenə 10 dəqiqə götürməklə, yenidən yuxuya gedir və işlərinizi vaxt cəhətdən gerilədirsiz. Ekspertlərin fikrincə, erkən oyanmaqla, siz öz səhərinizi məhsuldar edə bilərsiniz. Saatı qurun və erkən oyanmağı vərdiş edin. əvvəllər çətin olsa da, sonradan buna öyrəşəcək, enerji dolu əhval-ruhiyyə ilə oyanacaqsız.

4. “Erkən quşlar” səhərlər idmanla məşğul olur. Hər səhər yüngül idman hərəkətləri sizi sağlam və gümrah edəcək, enerji səviyyəsini yüksək qalmaqda kömək edəcək. tədqiqatlar göstərir ki, səhər idmanı ilə məşğul olan insanlar öz vaxtlarından səmərəli istifadə edir, başqalarından daha dözümlü və səbirli olur, iti ağıl nümayiş etdirirlər.

5. Onlar səhər yeməyi yeyirlər. Səhər yeməyi sizə gün ərzində lazım olacaq enerjini verir.

6. Onlar işə vaxtında çatırlar.

7. Onlar vəzifələrini rəhbərliklə və ya tabeliyində olanlarla tutuşdurur. Sizin yaxın həmkarlarınız məhsuldar işləyirsə, siz də çalışacaqsız onlara çatasınız. Nəhayət, onlar qarşılarına qoyduqları vəzifələri gizlətmir və işdə irəliləyişləri barədə ətraflarını məlumatlandırırlar.

8. Onlar əvvəlcə böyük işlərə başlayırlar. Əgər siz gündəlik iş planını axşamdan tərtib etmisizsə, iş stolunun arxasına keçən kimi işə başlaya bilərsiz. Çalışın, günü mürəkkəb işlərdən başlayın, günün məhsuldar vaxtını xırda və yorucu işlərə sərf etməyə dəyməz.

9. Onlar səhər iclaslarından qaçır. Əgər siz idarədə keçirilən yığıncaqların vaxtına təsir edə bilirsizsə, çalışın bunu nahar fasiləsindən sonraya və ya iş gününün sonuna salın. Müşavirələri günün birinci yarısına salan rəhbər öz əməkdaşlarının ən məhsuldar vaxtını əllərindən almış olur.

10. Onlar fasiləni günorta edir. Ayağa durun, yüngülcə idman edin. Və ya İnternetə daxil olun. Nahardan sonra yeni enerji ilə işə başlayın. Gün ərzində 3-4 dəfə 10 dəqiqəlik fasilələr edin. Bu fasilələrdə sosial şəbəkələrə, məsələn, Facebooka daxil ola və ya elektron poçtunuza baxa bilərsiniz. Amma bu güzəştdən də sui-istifadə etmək olmaz.

Günortaya qədər planlaşdırdığınız işləri görə bilmisizsə, deməli, gününüz məhsuldar keçib. Hər gününüz uğurlu olsun!

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər