14 C
Baku
Thursday, April 25, 2024

Uğurlu karyera qurmağın yeddi qaydası

Uğurlu karyera qurmağın yeddi qaydası: Google-un top-menecerinin şəxsi təcrübəsi
Çatışmazlıqların üstünlüyə çevrilməsi, unikal olmağı bacarmaq və Riki Drorinin digər “nou-hau”ları

Kəskin dəyişikliklərdən qorxmayın

Mən Google-da altı il bundan qabaq işləməyə başlamışam. Heç də klassik-adət edilmiş yollarla karyeramı qurmamışam. Əlinizə  yeni imkan düşən kimi, ondan istifadə edin. 18 yaşım olanda hərbi xidmətə yollandım: İsraildə həm kişilər, həm də qadınlar hərbi xidmət keçirlər. Hərbi xidmət press-ofisdə keçirdi.

Müdafiə naziri kimi bir sıra insanlarla ünsiyyətdə olmaq məni çox ruhlandırırdı. Sonra qərar verdim ki, başqa bir ölkədə işləmək istəyirəm, ən son pulumla ABŞ-a getmək üçün bilet  aldım və bizim Nyu-yorkdakı səfirliyimizdə işə düzəldim. Bu çox ciddi bir addım idi: böyük insan kütləsi üçün ana dilin olmayan bir dildə İsrailin xarici siyasəti kimi çətin bir şeyi başa salmaq.  Həmin zamanlarda ordu təcrübəm işimə çox yaradı.

Daha sonralar isə, özümü siyasətdə sınamaq qərarına gəldim. Həmin zamanlarda Hilari Klinton özünün seçkiqabağı komandasını yığırdı və mən riskə gedərək,  sadə bir vəzifə üçün müraciət etdim. Məni niyə götürdülər? Çünki mən onun komandasına ideya ilə gəldim – ona Nyu-Yorkdakı yəhudi cəmiyyətinin səsləri lazım idi və mən bu auditoriya ilə işlərdə ona kömək edə bilərdim. Unudulmaz il idi. Klinton çox güclü qadındır və ətrafına da özü kimi güclü qadınları toplayır. Həqiqətən də çox maraqlı idi.

Sonra mən konsaltinqdə işləməyə başladım, daha sonra isə öz biznesimi qurmaq qərarına gəldim. Buna görə də INSEAD-ə illik proqram üzrə təhsil almaq üçün yollandım-geniş əlaqələrim var idi, bununla yanaşı  iqtisadi biliklər də qazanmaq istəyirdim.

Paralel olaraq, həm də öz layihəmi işə saldım: biz internetdə kabel kanallarından tutmuş roliklərə qədər bütün video təsvirləri köçürə bilən texnologiya  təklif edirdik. Hər səhər tezdən durub, cəld reaksiya vermək üçün rəqiblərin nə etdiklərini əsəbi halda izləmək çox çətin idi. Mən layihə ilə bağlı Google əməkdaşlarından birindən məsləhət aldım. Bir anda o məndən soruşdu: sən əminsən ki, bu sənə lazımdır? Bəlkə, bizdə işləməyə gələsən? Mən fikirləşim və razılıq verdim. Sahibkar olmaq çox cəzbedici görünsə də, günaşırı hansı isə problemi həll etməkdən zövq almırdım. Məhz buna görə də Google mənim üçün əla bir yerdir, sahibkar yanaşması mövcud olsa da, sən arxanda böyük bir şirkətin dəstəyini hiss edirsən

Çatışmazlıqları üstünlüklərə çevirin

Nyu-yorka olarkən pulum yox idi deyə, axşamlar təhsil alır, gündüzlər işləyirdim. Bu mənə çox böyük təcrübə qazandırdı, əgər təkcə oxusaydım yəqin ki belə olmazdı. Daha nümunə göstərim. İsrail 7 mln insanın yaşadığı çox balaca ölkədir. Lakin Google-a gələndə başa düşdüm ki, İsrail innovativ ideyaların sınaqdan keçirilməsi üçün əla bir yerdir. İsraildə ziyalı insanlar, mühəndislər  çoxdur. Hazırda biz qlobal olaraq layihəni buraxmamışdan qabaq marketinq ideyalarının çoxunu məhz orada sınaqdan keçiririk.

Arzunuz varsa hərəkətə keçməyin vaxtıdır

Sevdiyim bir nümunə – tənha ana Lorin Lükun taleyi ilə bağlıdır. O özünə baxan qadın deyildi və pulu da yox idi. Lakin o makiyaj etməyi çox sevirdi. Lorin kompüterdə yerləşdirdiyi veb-kamera vasitəsilə video dərslərini bütün dünya ilə paylaşmağa başladı: hər həftə o hər hansı bir məşhuru götürür və istifadəçilərə “bu ulduz kimi” makiyaj etməyin üsullarını göstərirdi. O, həqiqətən də gözlərimizin önündə simasını dəyişərək, həmin ulduza oxşayır.

Hazırda onun 10 000-dən çox videosu var və o məşhurdur, Sephora kimi iri bir şirkət isə onun videolarına sponsorluq edir.

Unikal olun

Başqa ölkədə qlobal bir şirkətdə işləyirsənsə, onun mədəniyyətini anlamalısan. Lakin tamamilə onun təsiri altına düşmək olmaz. Yadda saxlamaq lazımdır ki, sən unikalsan!

Məsləhət verən insanlarla oturub durun

Hilari Klintonun yanında işləmək mənim üçün çox vacib idi. Google-in top menecerləri arasında çox güclü qadınlar var (məsələn, mart ayında onlar Pentaqondan DARPA informasiya təhlükəsizliyi agentliyinə rəhbərlik edən Reqina Ruqanı öz sıralarına cəlb etmişlər). Lakin məsləhətçi qismində kişi də çıxış edə bilər. Özünüz üçün xoşunuza gələn bir lider seçin və ondan öyrənin.

Yeni ideyalara açıq olun

Ideyalar çox vaxt gözlənilməz vaxtda və mənbələrdən daxil olur. Məsələn, mühəndislərdən biri tərəfindən irəli sürülmüş Gmail.com poçt servisi. Yeri gəlmişkən, biz onu da ilk dəfə İsraildə sınaqdan keçirmişdik.

Xoşunuza gələn işlə məşğul olun

Nəyin sizlik olub-olmadığını başa düşün. Əgər məndə olduğu kimi, “start-up” sizə zövq vermirsə, bəlkə onunla məşğul olmağa dəyməz?

Sən demə, böyük bir korporasiyada işləmək o qədər də darıxdırıcı deyil.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər