15 C
Baku
Saturday, April 20, 2024

UI/UX dizayner – Express Bank ASC

Expressbank

“Expressbank” ASC strateji baxışı və maliyyə göstərəciləri ilə ölkədə geniş satış şəbəkəsinə malik aparıcı banklardan biridir.

Şəffaflıq, innovativlik, sürətlilik, etibarlılıq və rahatlıq dəyərləri üzərində bank fəaliyyətini quran Expressbank müştərilərə peşəkar işçi heyəti ilə geniş bank xidmətlərini təqdim edir.

Stabil inkişaf edən maliyyə göstəriciləri əsasında Fitch Ratings beynəlxalq reytinq agentliyi tərəfindən Expressbank-a “B” səviyyəli “stabil” proqnozu təqdim edilib. Bu reytinq ölkə bankları sırasında ən yüksək nəticələrdən biri hesab edilir.

İşçi sayı 700-ə yaxın olan və ölkə üzrə 16 filialdan ibarət  Expressbank daim peşəkar inkişafı hazır olan əməkdaşlar axtarışındadır.

UI/UX dizayner

Expressbank” Digital bankçılıq şöbəsinə  mobil və  veb əlavələr üzrə UI/UX dizayner vakansiyası elan edir. Əqər siz öz gücünüzə əminsinizsə, sağlam perfeksionizmə və mühüm təcrübəyə maliksinizsə, bizə bu haqda məlumat verməyin tam vaxtıdır.

Biz sizdən nə gözləyirik:

Interfeys üzrə 2 ildən artıq iş təcrübəsi.
Kompozisiya və tipoqrafiya üzrə biliklər və diqqətli yanaşma.
İnterfeysin komponentlərini və bütövlüyünü anlamaq.
Modul şəbəkələrini yaratmaq və istifadə etmək bacarığı.
Komandada işləmə, tənqidlərə adekvat yanaşma və öz nəzər nöqtəsini çatdırma bacarığları.
Frontend və backend proqramlaşdırma üzrə iş prinsipi anlayışı
Azərbaycan və Rus dilini yüksək səviyyədə bilmək
Test tapşırıqlarını yüksək səviyyədə yerinə yetirmək

Əlavə qazanılacaq üstünlüklər:

Frontend və/və ya Backend proqramlaşdlrma üzrə təcrübə
Prototipləri animasiya etmək və yaratmaq təcrübəsi
Nişanlar çəkmək bacarığı
İnqilis dili təcrübəsi

Biz sizə nələr təklif edirik:

Azərbaycanın aparıcı banklarının birində iş
AR Əmək Məcəlləsi uyğun əmək müqaviləsi
Stabil əmək haqqı.
Əmək haqqı müsahibə nəticələrinə görə fərdi olaraq müzakirə edilir
Professional və maddi inkişaf perspektivləri

Maraqlanan şəxslər https://www.expressbank.az/aboutus/vacancies.html linki ilə mövcud olan vakansiyalarla  tanış olaraq, CV-lərini [email protected] email ünvanına mövzuda Jobsearch – Vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.

Son xəbərlər
Digər xəbərlər