15 C
Baku
Saturday, April 20, 2024

Ukrayna uçot dərəcəsini azaldıb

Ukrayna Mərkəzi Bankı oktyabrın 27-də keçirdiyi növbəti iclasında uçot dərəcəsini 15%-dən 14%-ə endirib. 

RBK agentliyinə istinadən xəbərə görə, sonuncu dəfə uçot dərəcəsi bu səviyyədə 2014-cü ilin noyabr ayında olub.

Ukrayna Mərkəzi Bankından verilən açıqlamaya görə, uçot dərəcəsinin endirilməsi qərarı inflyasiya risklərinin azalması fonunda və 2017-2018-ci illər üçün qiymət artımının aşağı salınmasına kömək məqsədi ilə qəbul edilib.

Mərkəzi Bankdan verilən məlumata görə, oktyabr ayında həmçinin valyuta bazarında təklif olunan valyutanın miqdarı tələbi üstələyib. Bu da Mərkəzi Banka valyuta alışı istiqamətində intervensiya həyata keçirərək valyuta ehtiyatlarını artırmağa imkan verib. Buna baxmayaraq, Mərkəzi Bank milli valyuta – qrivnanın möhkəmlənməsinə şərait yaratmayıb. Beynəlxalq Valyuta Fondunun (İMF) kredit tranşının gəlməsi ilə Ukrayna Mərkəzi Bankının qızıl-valyuta ehtiyatlarının 2016-cı ilin sonunda 17,5 mlrd. dollar, 2018-ci ilin sonunda isə 27,8 mlrd. dollara çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, hazırda Azərbaycanda uçot dərəcəsini 15%-dir.

Report

Son xəbərlər
Digər xəbərlər