26 C
Baku
Wednesday, April 24, 2024

Ümumi Daxili Məhsul istehsalı artıb

2017-ci ilin yanvar ayında ölkə rezidentləri tərəfindən istehsal edilmiş ümumi daxili məhsul əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz artaraq 5233,1 milyon manat təşkil etmişdir.

Banker.azın verdiyi məlumata görə, ümumi daxili məhsulun 56,3 faizi iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuşdur.

ÜDM istehsalının 47,7 faizi sənayenin, 9,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 6,8 faizi tikintinin, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrinin, 15,9 faizi isə digər sahələrin payına düşmüşdür.

Məhsula və idxala xalis vergilər ÜDM-in 6,1 faizini təşkil etmişdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər