18 C
Baku
Thursday, April 25, 2024

UNEC-in təhsil haqlarının yığılması və bank hesabına köçürülmələrində nöqsanlar var

Hesablama Palatasının növbəti Kollegiya iclasında “Dövlət büdcəsindən Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair” auditin nəticələri üzrə Hesabat müzakirə olunub.

Hesablama Palatasının Kollegiyası Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən təhsil haqqı üzrə daxilolmaların uçotunun aparılması, təhsil haqlarının yığılması və universitetin bank hesabına köçürülməsi sahəsindəki nöqsanların ciddiliyini, eləcə də, təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotdan yayındırılmasını nəzərə alaraq, qanunamüvafiq tədbirlərin görülməsi üçün müvafiq materialların Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edib.

Həmin qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Milli Məclisə təqdim olunması qərara alınıb.

İclasda aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.

MənbəOxu.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər