15 C
Baku
Friday, March 29, 2024

“Unibank”la mənzil sahibi olun

Unibank  vətəndaşlara “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına güzəştli ipoteka kreditinin verilməsi ilə bağlı “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Azərbaycan Respublikasının Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaya əsasən güzəştli mənzil əldə etmək hüququ olan şəxslərin yararlana biləcəyi güzəştlərdən biri “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına veriləcək güzəştli ipoteka kreditidir. Belə ki, “Güzəştli mənzil” sistemində qeydiyyata alınaraq şəxsi elektron kabinetə sahib olmuş vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri “Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil bankları sırasına daxil olan və Agentliyin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC ilə müvafiq əməkdaşlıq müqaviləsi imzalayan kredit təşkilatları vasitəsilə əldə edə biləcəklər.

Unibank “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalamış ilk banklardan biri oldu. Öz maliyyə göstəricilərinə görə,  ölkə bank sektorunun aparıcılarından olan Unibank 25 ildir ölkə vətəndaşlarının xidmətindədir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) ) və yaxud facebook (www.facebook.com/unibank.az və twitter (https://twitter.com/unibank) səhifələrindən əldə etmək olar.

Unibank-hər kəsin bankı!

Son xəbərlər
Digər xəbərlər