4 C
Baku
Friday, March 29, 2024

Unibank ipoteka faizlərini endirdi: Bankın müştərisi 35 min manat qənaət edəcək

Mənzil sahibi olmaq istəyirsinizsə, əsl məqamdır. Unibank ipoteka kreditlərinin  faiz dərəcəsini daha da aşağı saldı. İndi banka müraciət edənlər dövlət ipoteka kreditlərini illik cəmi 6,8%-lə əldə edə biləcəklər. Bu mövcud bazar şərtlərində bir ilkdir.  Faizin aşağı salınması Unibank-dan ipoteka krediti götürənlərin aylıq ödənişlərini daha sərfəli etməklə yanaşı, ümumi kredit məbləğində xeyli vəsaitə qənaət etmələrinə səbəb olacaq. Əksər banklarda adi dövlət ipotekasının 8% olduğunu nəzərə alsaq, Unibank-ın təqdim etdiyi yeni faiz dərəcəsi 25 il müddətində ipoteka mənzil sahibinin 35 000 manata yaxın vəsaitə qənaət etməsinə imkan verəcək.  7%-lik ipoteka kreditləri ilə müqayisədə isə qənaət edilən vəsaitin həcmi 6000 AZN-ə yaxındır.

Elə indi Unibank filiallarına yaxınlaşın və  150.000 AZN-dək ipoteka kreditini illik cəmi 6,8% -lə əldə etmək imkanı qazanın! Kredit müraciətini banka gəlmədən 050 778 8117 whatsapp nömrəsinə “ipoteka” sözünü yazaraq da edə bilərsiniz.

Unibank-ın ipoteka müştəriləri kredit ödənişlərini banka gəlmədən, öz telefonlarında  həyata keçirə bilirlər. Bunun üçün öz smartfonlarından Unibank Mobile əlavəsinə daxil olaraq,  “hökumət ödənişləri” bölümünü seçmək lazımdır.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank-hər kəsin bankı!

Son xəbərlər
Digər xəbərlər