25 C
Baku
Saturday, April 20, 2024

Unibank Mobile-dan yeni kampaniya

Artıq Unibank Mobile-da  kartlar arasında aparılan əməliyyatlar 0%  komissiyalı oldu.  Kampaniya çərçivəsində Unibankın Mobil bankinq xidmətində card to card əməliyyatları  (kredit xəttindən istifadə istisna olmaqla) komissiyasız olacaq.  Unibank Mobile-la banka depozit qoyuluşu da indi çox cəlbedicidir. Yanvarın 7-dək  “Unibank Mobile”-dan manat valyutasında açılan “Müddətli” əmanətlərə müddətin sonunda + 0,3% əlavə faiz hədiyyə hesablanacaq.

Ölkə banklarının mobil əlavələrinin istifadəçi sayının müqayisəsi göstərir ki, ən çox yüklənən mobil əlavə Unibank Mobile-dır. Unibank Mobile istifadəçilərinin sayı artıq on minlərlədir. Unibank Mobile “Deloitte & Touche LLC” şirkəti tərəfindən də 2016-cı il üçün  MDB məkanında ən yaxşı mobil əlavələrdən biri hesab olunub.

Unibank Mobile hansı imkanları yaradır?

  • Bütün hesablarınıza onlayn şəkildə nəzarət etmək;
  • Telefonunuzun kitabçasında qeydiyyatda olan dostlarınıza siyahıdan rahat şəkildə köçürmə etmək;
  • Unibank-dakı bir kart və ya hesabınızdan digər kart və ya hesabınıza pul köçürməsi, kartın bloklanması və blokdan açılması – bunlar hamısı bir kliklə mümkündür;
  • Olduğunuz yerdən kommunal, internet , kabel tv , kredit – istədiyiniz ödənişi həyata keçirin;
  • Aylıq ödənişlərinizi sistemə avtomatik ödənişlər siyahisina daxil edin və bu ödənişlər təyin etdiyiniz vaxtda avtomatik keçirilsin;
  • Unibank Mobile əlavəsi sizə həmçinin depozit və cari hesab açmağa imkan yaradır. Bundan əlavə mövcud əmanətlərinizlə bağlı bütün məlumatları banka gəlmədən əldə edə bilərsiniz.

Siz Unibank Mobile-ın köməyi ilə bankın istənilən filialı, ödəmə terminalı və bankomatlarını tapa, gündəlik valyuta kurslarından, bank yenilikləri və kampaniyalardan ən tez xəbər tuta bilərsiniz.

Unibank Mobile  İOS və Android platformalarında işləyir. Öz smartfonunuza Unibankın mobil bank xidmətini bu linkindən http://onelink.to/ffdbwf   yükləyə bilərsiniz.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank Mobile –asan, sürətli və təhlükəsiz!

Unibank-hər kəsin bankı!

 

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər