15 C
Baku
Saturday, April 20, 2024

“Unibank” yeni kart təqdim etdi

Yeni olan bu kart məhsulu – “Albalı Plus” kartıdır. Təqdimat mərasimi “Four Seasons” otelində keçirildi. Təqdimat mərasimində “Unibank” ASC-nin Marketinq departamentinin direktoru Yevgeniy Soltanov bildirdi ki, “Albalı Plus” kartı MDB məkanında yaradılan ilk kartdır. Onun sözlərinə görə artıq “6 ay idi ki, “Albalı Plus” kartının ərsəyə gətirilməsi barədə düşünülürdü. Və nəhayət ki, bunu bacardıq. Bu işdə “Unibank”  “MasterCard”- a göstərdiyi dəstəyə görə  minnətdarlıq bildirdi”.

Tədbirdə  2013-cü il ərzində təxminən 200 000 “Albalı” kartının satılması faktı açıqlandı.

Banker.az saytına Yevgeniy Soltanovun verdiyi məlumata əsasən məlum oldu ki, “Albalı Plus” ilə siz ürəyiniz istəyən məhsul və xidməti ala bilərsiniz. Daha sonra isə onu sərfəli şərtlərlə və aylar üzrə ödəyə bilərsiniz.

Bu kart ilə siz pula ehtiyacınız olduğu halda, qısa müddətdə və çox sərfəli şərtlərlə kredit ala bilərsiniz.

Bunda başqa “Albalı Plus”kartına  istədiyiniz məbləğdə vəsait yükləyib, internet üzərindən sadə və təhlükəsiz alış-veriş imkanı əldə edə bilərsiniz.

Digər bit üstün cəhəti isə odur ki, bu kart həm də sizə gündəlik faiz gəliri gətirən deposit bir kart kimi də xidmətinizdə olacaq. Yəni ki, pulunuzu cibinizdə deyil, bu kartda saxlasaz hər gün üzərinə faiz gələcək. Əlbəttə ki, bu karta yığılan faizlər yığım depozitinin faizindən aşağıdır. Çünki, yığım depozitinə yerləşdirdiyiniz əmanəti müəyyən vaxt müddətinə yerləşdirirsiz. “Albalı Plus”kartına  yerləşdirdiyiniz vəsaiti isə hər an kartdan götürə bilərsiniz.

“Albalı Plus” kartı dünyanın demək olar ki, bütün ölkələrində istifadə oluna bilər. Bu da o deməkdir ki, artıq o beynəlxalq kartdır.

Bu kartı hər bir 20-65 yaş arası hər bir Azərbaycan vətəndaşı, yalnız iş yerindən arayış və  şəxsiyyət vəsiqəsini təqdim etməklə, ödənişsiz  əldə edə bilər. Yəni, iş yerindən arayış olmadan bu kartın verilməsi mümkün deyil.

Bu kart haqqında bir müddət sonra daha ətraflı məlumat verəcəyik.

Son xəbərlər
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.