13 C
Baku
Friday, April 19, 2024

Unibankın korporativ müştərilərinin sayı artıb

Sərfəli biznes kreditləri və yüksək bank xidmətlərinin nəticəsi olaraq Unibank-a müraciət edən biznes sahiblərinin sayı getdikcə artır. Maliyyə sektorunda baş verən proseslər iş adamlarını özlərinə daha dayanıqlı tərəfdaş seçməyə vadar edir. Bunun nəticəsidir ki, təkcə son 2 ayda bankın  iri korporativ müştərilərinin sayı 260 nəfər artıb. Bu ilin əvvəlinə olan məlumata görə isə 2015-ci il ərzində Unibank-a qoyulan hüquqi şəxslərin tələbli depozitləri 39% çoxalıb.

Pərakəndə və korporativ müştərilərə xidmət görstərməklə, həmişə universal bank fəaliyyətini davam etdirən Unibank, korporativ biznes seqmentində lider və novator bank olmaqda davam edir. Unibank-da ölkəmizin neft və qeyri-neft sektorunu təmsil edən böyük şirkətlərə, həmçinin kiçik və orta sahibkarlara xidmət olunur. Səhmdarlar tərəfindən təsdiqlənmiş strategiyada bəhs edilir ki, Unibank gələcəkdə daha da universal bankçılıq konsepsiyası çərçivəsində inkişaf edəcək  və qısa müddət ərzində biznes sahəsini yeni bir səviyyəyə çıxaracaq. Bu strategiya çərçivəsində bankın kiçik və orta bizneslə məşğul olan müştərilərinə xidmət üçün istisaslaşdırılmış filialları açılıb. Əsas məqsədlərdən  biri də  beynəlxalq proqramlarda daha da fəal iştirak etməklə,  kiçik və orta bizneslə məşğul olan müştərilər üçün sərfəli şərtlərlə maliyyə resursları  cəlb etmək, kredit şərtlərinin  təkmilləşdirilməsidir.

 

Ölkəmizdə sahibkarlığın inkişafına dəstək hər zaman Unibank-ın prioritetlərindən biri olaraq qalır. Yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün sahibkarlar bankın “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül” , “Yasamal”, “8 saylı”  filialları və  “Unibank- biznes mərkəzi”nə müraciət edə bilərlər.

 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank) əldə etmək olar.

 

Unibank- Biznesinizə daimi dəstək!

Son xəbərlər
Digər xəbərlər