“Unibank”ın Müşahidə Şurasında dəyişiklik gözlənilir

FOTO: Report İA

“Unibank” Kommersiya Bankı” ASC-nin 22 fevral 2018-ci il tarixindəki səhmdarların növbədən kənar iclasının gündəliyi dəyişdirlərək daha bir məsələ daxil edilib.

Banker.az xəbər verir ki, bu barədə Bankın İdarə Heyətinin açıqladığı məlumatda deyilir.

Məlumata görə, gündəliyə, bankın Müşahidə Şurasının üzvlərinin tərkibində dəyişikliklər edilməsi də daxil edilib.

Səhmdarlar yığıncağın gündəliyinə əlavə edilmiş məsələ üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, İşlər İdarəsi ilə əlaqə saxlamaqlatanış ola bilərlər.

Xatırladaq ki, bundan öncə qeyd olunan iclasda 3 məsələ müzakirə edillməsi nəzərdə tutulurdu. Bura, nizamnaməsinə dəyişikliklər edilməsi, Əliyev Xaləddin Cəlal oğlunun ASC-nin kənar auditoru təyin edilməsi haqqında (2017-ci il üzrə Bankın auditinin keçirilməsi
məqsədilə) və Xüsusi əhəmiyyətli əqdlər haqqında məsəllər daxil edildi.