Uorren Baffet:”Bu inanılmaz şirkətdir” – İnvestor Apple-də payını artırıb

Uorren Baffetə məxsus olan Berkshire Hathaway Apple şirkətində olan payını əlavə 75 mln. səhm almaqla artırmışdır. Apple şirkətinin 245 mln. səhminə malik olan Baffet, şirkətin 3-cü ən böyük səhmdarına çevrilib.

“Bu inanılmaz şirkətdir”- deyərək Baffet CNBC şirkətinə bildirmişdir.

Qeyd edək ki, Apple şirkəti 2018-ci ildə rekord gəlirləri haqqında açıqlama vermişdir. Bu dövrdə şirkətin mənfəəti 13.8 mlrd. dollar olmuşdur (ötən il 11 mlrd.)

Şirkətin əsas gəliri İphone X smartfonunun payına düşüb -gəlirin 90% onun hesabına formalaşıb.