23 C
Baku
Saturday, April 20, 2024

Uşaqların ixtira etdiyi faydalı kəşflər

Gündəlik həyatımızda istifadə etdiyimiz adi və faydalı əşyaların heç də hamısı ciddi alim və ixtiraçılar təərfindən kəşf edilməyib. Bəzən bu ixtiralara heç ağlımıza belə gətirmədiyimiz yaşda olan uşaqlar da imza ata bilərlər. Aşağıda sizə uşaqların ixtira etdiyi və bir çox müasir problemləri həll edə biləcək ixtiraları təqdim edirik:

Brayl şrifti

Kəşf edən: Lui Brayl, 15 yaş

15 yaşlı Lui Brayl 1824-cü ildə görmə qüsurlu insanların oxumasını mümkün edə biləcək şrifti kəşf edir və bu şrift hazırda da bütün dünyada istifadə edilir. O bu şrifti yaradarkən artilleriya komandiri Şarl Barbie-nin qaranlıqda oxumanı mümkün edən hərbi əlifbaya əsaslanmışdır.

Xərçəng xəstəliyinin diaqnostikasında yeni metod

Kəşf edən: Cek Andraka, 15 yaş

15 yaşlı məktəbli onkoloji xəstəliklərin diaqnostikasında yeni metodlar yaratmışdır. Onun yaratdığı testin nəticələrini 5 dəqiqəyə əldə etmək mümkündür.

Tramplin

Kəşf edən: Con Nissen, 16 yaş

Tramplinin yaradılması ideyası 16 yaşlı gimnast Corc Nissenə məxsusdur. Bu kəşfin üzərindən illər keçsə də, müasir dövrdə də dəyişiklik edilmədən istifadə edilir. Çünki hər şey mükəmməl şəkildə yaradılmışdı.

Zəif eşidən insanlar üçün cihaz

Kəşf edən: Coana Kon, 14 yaş

14 yaşlı Coana Kon Good Vibrations adlı cihaz ixtira edir  və bu qurğu toxunma zamanı yaranan hisləri səs dalğalarına çevirir. Zəif eşidən insanlar bunun sayəsində musiqini duya bilirdilər.

Şəxsu sualtı qayıq

Kəşf edən: Justin Bekermen, 18 yaş

Amerikalı məktəbli daşına bilən sualtı qayıq ixtira etmişdi və onun bu kəşfi ailəsinə cəmi 2 min dollara başa gəlmişdi. Bu sualtı qayır 2 metr dərinliyə enməyə və bir neçə saat su altında qalmağa imkan yaradırdı.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər