19 C
Baku
Thursday, April 25, 2024

Uşaqlarla istirahət üçün ən yaxşı şəhərlər

Bu il səyahət edən ailələrin təxminən 76%-i uşaqlarla dörd gündən artıq olan müddətdə ən azı bir səyahət etmişdi.

Onlar üçün İtaliyadan olan ekspertlər xüsusi tədqiqat keçirmiş və uşaqlarla birgə səyahət üçün Avropanın hansı şəhərlərinin daha yaxşı olduğunu aydınlaşdırmışdılar.

2011-ci ilin Travelers Choice Family reytinqini ekspertlərin “uşaqlarla istirahət üçün ideal şəhər” adlandırdıqları Florensiya açır, çünki burda muzeylərin çoxu uşaqlar və böyüklər üçün birgə proqramlar təklif edir.

Məsələn, palatso Vekkyonun daxilində yerləşən Uşaqlar müzeyində (Museo dei Ragazzi) qədim bayramlar və ziyafətlər dünyasına qatılmaq yaxud Françesko I Mediçinin kolleksiyasının “nadir və qiymətli əşyalarına” baxmaq olar. Qonaqlara palatso Vekkyoda Kozimo I mediçinin həyat yoldaşı Eleonora Toledskaya tərəfindən keçirilən ekskursiyaya qatılmaq təklif olunur. O, sarayın geyim, mətbəx, gigiena, bayramlar və sair gündəlik həyatı haqqında suallara ətraflı cavab verəcək. Uşaqlar eləcə də usta köməkçisi olaraq freska çəkməyə kömək edə bilərlər.

Qalileyin muzeyində (Museo Galileo) alimin Yupiterin kəşf etdiyi peykləri, müşahidə borusu və linzaları, çətin həyatı haqqında özü tərəfindən danışmağı uşaqları maraqlandırar.
Bolonyada uşaqlı ailələrə 498 pillə ilə Azinelli qülləsinə (Tower of the Asinelli) çıxmağı və ordan görünən mənzərədən həzz almağı təklif edirlər. Şəhərdə eləcə də müxtəlif aparatlar və modellər toplanmış Sənaye nəsli muzeyinə (Museo del Patrimonio Industriale) baş çəkməyə dəyər.  8 yanvara qədər isə Bolonyanın Geologiya müzeyində (Museo Geologico) dəniz timsahının qalıqlarına baxmaq olar.

Uşaqla olan valideynlərə Bolonyanın həşəratla qidalanan bitkilərini görmək mümkün olan Botanika bağında (giriş pulsuzdur) olmaq məsləhət görülür.
Giriş M. Massaçezinin Oyuncaq əsgərlər milli muzeyinə də (Museo nazionale del soldatino Massacesi) pulsuzdur.  Unikal ekspozisiya 30 mindən artıq fiqurlardan ibarətdir.   Əsgərlər, kağız, qurğuşun, qalay, plastik kütlə və gips kimi müxtəlif materiallardan hazırlanıb.

Məlumdur ki, “yaşlılar üçün” olan müzeylərdə uşaqlar adətən tez darıxmağa başlayırlar. Bu səbəbdən onları bilavasitə iştirakçı ola biləcəkləri aktiv ekskursiyalara cəlb etmək lazımdır. Belə ekskursiyaları məhz Mantuinin Vətəndaş nuzeyi və Mantuinin Şəhər müzeyi təklif edir.
Əgər uşaq ekspozisiya zallarına baxmaqdan yorulmursa, onu Elm parkına aparmaq üçün fürsət olduğundan xəbər verir: orada müxtəlif cihazlardan, məsələn taxta ayaqlardan yaxud giroskopdan istifadə etmək olar.

Niderlandın paytaxtı Amsterdam öz tülpanları, velosipedləri və uşaqlara olan münasibəti ilə məşhurdur. Valideynlər iki nəfərlik, böyük və uşaq üçün velosipedi kirayəyə götürərək 11 xüsusi velosiped marşrtundan gəzinti üçün marşrut seçə bilər.  Məsələn, ən böyük şəhər parkı olan Vondelparka gəzməyə getmək olar.

Gəzintidən sonra isə hər işi uşaqların etdiyi – şirniyyatı və içkiləri verdiyi, təmizlik işləri gördüyü, menyu təyin etdikləri və hesab üzrə pul geri qaytardıqları qeyri adi Kinderkookkafe kafesinə getməyiniz məsləhət görülür.

Amsterdamda valideynlərə də maraqlı olan Nemonun Elm Muzeyi var. Muzeyin yeganə qaydası “toxunmamaq qadağandır” qaydasıdır. Amsterdamın dəniz (Scheepvaartmuseum) muzeyində uşaqlar üçün xüsusi sərgilər var, məsələn onlardan biri balina ovuna həsr olunub.   Limanda Hollandiyanın Ost-İnd şirkətinə məxsus olmuş VOC-schip Amsterdam gəmisinin dəqiq surəti var. Uşaqlar dənizçilərin necə geyindiklərini, nə yediklərini və özlərinin uzun sürən səyahətləri zamanı asudə vaxtlarını necə keçirdiklərini görəcəklər.  Anbara daxil olmaq və Şərqdən gəmi ilə gətirilən ədviyyatların ətirini duymaq mümkündür.

Syurix ancaq bank və biznes demək deyil: şəhərdə Avropada ən böyük (Alpamare) üstü örtülü və Avropada ən uzun təpələri olan akvapark yerləşir. Uşaqlara qədim tramvaylar (1897-ci ildın başlayaraq) və müxtəlif dövrlərin miniatür tramvay modelləri nümayiş etdirilən tramvay Muzeyində (Tram-Museum) olmaq maraqlı olacaq.  Kulturama muzeyində uşaqlar 600 mln il təkamül dövrü keçən heyvanlar və insanlar tarixi ilə tanış olacaqlar. Zalın mərkəzində qanadlarının uzunluğu 7 metr olan iri pterozavr süzür.

Şəhərin tarixi mərkəzində oyuncaqların XVIII əsrdən XX əsrin əvvəlinə kimi olan tarixindən söhbət açan oyuncaq Muzeyi (Spielzeugmuseum) yerləşir.  Onlar bütöv bir dövrü miniatürdə əks edir.
Avstriyanın Qrats şəhərində tamamilə uşaqlara həsr edilmiş FRida & FreD muzeyində olmaq məsləhət görülür. O Augarten parkında yerləşir. Birinci mərtəbənin tam şəffaf divarları var.  Orada nağıllar və komediyalar tamaşaya qoyulan uşaq teatrı yerləşir. FRida & FreD-də uşaqlar qravyura hazırlaya, çörək bişirə, bənnalıq edə bilərlər. Sonra onların yaratdıqlarını sərgilərdə nümayiş edirlər. Muzeydə dekabr ayınadək uşaqlar üçün sikkəxanadan başlayaraq və birja spekulyasiyalarına qədər pulun tarixindən danışan “Dünya neçəyədir” sərgisi keçirilir.

Qrats eləcə də XX əsrin əvvəlində likor zavodunun sahibi Hotfrid Mauer tərəfindən tikilmiş Glockenspielplatz meydanında yerləşən saatı ilə məşhurdur. 24 zəng ənənəvi olaraq alp və milad melodiyalarını çalır və nəzərə almaq lazımdır ki repertuar ildə beş dəfə dəyişir.

Qratsın yaxınlığında Ştyubinq şəhərində açıq səma altında Österreichisches Freilichtmuseum muzeyi yerləşib. Qara şam, küknar və şam ağacları arasında uşaqlar tipik kənd evləri, inəklər görə, səbətlərin hörülməsinə baxa yaxud yerli mətbəx yeməklərini dada bilərlər. Qışda muzey milad bazarına çevrilir.

Brüsselin Scientastic muzeyində uşaqlara quş kimi uçmağı, səslərini tam dəyişməyi, özünün rəngli iri kölgəsi ilə rəqs etməyi təklif edirlər. Brüsselin təbiət elmləri muzeyində uşaqları iri dinozavrlar qarşılayır. 29 dərəcə temperatur olan Océade akvaparkında isə 12 təpələri və süni dalğalası olan hovuz var.

Brüsselin şəhər kənarında yerləşən “Mini-Avropa” parkında uşaqlara  Avropanın 350diqqətəlayiq yerinə 1:25 miqyasda baxmaq maraqlı olacaq. Onlar çox hündürdən Vezuviyin püskürməsinə, Berlin divarının dağılmasına və Sevilya korridasına baxa bilərlər. Spirit of Europe interaktiv sərgisi Avropa İttifaqının əsas iş prinsipləri haqqında uşaqlara əyani surətdə danışacaqdır.
Şəhərdə gəzintidən sonra isə fritkotların (kiçik dükan) birində məşhur kartof frisi paketindən nə yaxşı ola bilər?

Stokholm yaxınlığında Yurqorden (Djurgården) adasında tanınmış İsveç yazıçısı Astrid Lindqrenin və digər populyar uşaq yazıçılarının nağıllarının qəhramanları yaşayan “Yunibakken” muzeyi yerləşir. “Yunibakkendə” uşaqlar Peppi uzunboğaz corabla, Madikenlə,  Lyonneberqdən olan Emillə, Karlssonla görüşəcəklər. Adaya avtobus vasitəsi ilə şəhərin mərkəzindən 10 dəqiqəyə, sonra isə kater ilə çatmaq olar. Orada uşaq teatrı da, İsveç mətbəxinin ənənəvi yeməklərini verən restoran da var.

İsveçdə valideynlərə uşaqları 1891-ci ildə açılan dünyada ilk açıq səma altında olan Skansen muzeyinə aparmaq məsləhət görülür. Burada İsveç tarixinin beş əsri ilə tanış olmaq olar.
Burada həmçinin, Skandinaviya üçün əsasən təbii fauna – ayılar, canavarlar, suitilər, sığınlar olan şəhər zooparkı yerləşir. Yəqin ki, Skansen yaxınlığında yerləşən Rozendal bağı uşaqların xoşlarına gələcək, burada kafedə güllərlə bəzədilmiş  oranjereyada rahat oturmaq olar.

Stokholmda restoranlarda, mağazalarda və otellərdə çox vaxt uşaqlar üçün xüsusi zonalar ayrilir. Bundan başqa, restoranlarda endirimli qiymətə uşaq menyusu təklif edilir. Şəhər nəqliyyatında uşaq arabalarından istifadə etmək rahatdır. İstirahət günləri isə 12 yaşa qədər uşaqlar avtobus və metrodan pulsuz istifadə edə bilərlər.
Hər yetkin yaşlı insana orta hesabla 2,5 uşaq düşən Berlin uşaqlar üçün ən mehriban münasibət bəsləyən şəhərlərdən biridir.  Bu xüsusilə Prenzlauer Berg kvartalında hiss olunur, orada oyun zonaları, təpələri, labirintləri olan çox sayda uşaqlar üçün hazırlanmış kafelər var.   Anaları tələsmədən kofe içərək rəfiqələri ilə laqqırtı vurduqları zaman, uşaqlar digər uşaqların kompaniyasında əylənə bilərlər.

Şübhəsiz ki, uşaqları Avropanın ən qədim zooparklarından biri olan Zoologischer Gartenə aparmaq da maraqlı olar.   O, 1844-cü ildə açılmışdır və vağzalın yaxınlığında yerləşir. Hal hazırda zooparkda 1500-dən artıq heyvan növü yaşayır.

Konstruktor-oyunları xoşlayanlar yəqin ki, Berlinin Legoland Discovery Centerinə valeh olacaqlar.  Orada Lego konstruktorunun detalları ilə müxtəlif eksperimentlər apararaq unudulmaz hisslər yaşamaq olar. Bundan başqa, uşaqlar şəhərin əlamətdar yerlərini öz əlləri ilə yaradarkən, həmin yerləri daha yaxşı öyrənəcəklər.

Sonda Berlində 1000 kv. m sahədə yerləşən iri Ritter Sport şokolad mağazasına baş çəkməyə dəyər və məşhur şokoladı dequstasiya etmək və hətta inqrediyentləri əlavə edərək öz zövqünüzə uyğun şəxsi şokolad növünü yarada bilərsiniz.

Akulaların arasında unudulmaz gün keçirmək mümkün olan Okeonaqrafik muzey Lissabonun mirvarisidir. Ekspozisiyanın bir hissəsi okeanlara, digəri isə dənizlərə həsr olunub. Vasko da Qamanın Akvariumunda uşaqlar bütün dünyadan olan dəniz florası və faunasının müxtəlifliyinə heyrətlənirlər (4000 çox nümunə təqdim olunub).

Kidzania tematik parkında yerləşən qeyri adi şəhərdə uşaqlar 60 sənətdən birini seçərək bir günlərini aeroportda, zavodda, teatrda, mağazada, polisdə, yanğın stansiyasında keçirərək böyüklər oyununu oynaya bilərlər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər