15 C
Baku
Saturday, April 27, 2024

Usein Bolt avtobusla yarışa çıxdı

Bu yaxınlarda Buenos-Ayresdə kimin – insanın, yaxud avtomobilin daha sürətli olduğunu aydınlaşdırmaq qərarına gəldilər. Burada avtomobillə gücünü sınağa çəkməli olan idmançı qismində yamaykalı məşhur qaçış idmançısı Usein Bolt seçilir. 

O adi sərnişin avtobusu ilə mübarizədə cəmi 100 metr qaçmalı idi. Bu cür rəqabət idmançıdan xüsusi əzm və gərginlik tələb etmirdi. Yamaykalı elə ilk metrlərdən çox sürətlə qaçdığını anlayır, sürətini azaldır və “gəzinti” tempində qaçmağa başlayır. Finiş xəttinə ilk olaraq çatan ulduz idmançı avtobus sürücüsünün əlini sıxmış və uzun müddət fotoqraflara bir çox şəkil çəkmələri üçün imkan yaratmışdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər