23 C
Baku
Friday, April 19, 2024

Vərdişlərin gücü

Özümüzdə yeni vərdişləri necə inkişaf etdirə bilərik və köhnə vərdiçlərdəm necə qurtula bilərik?

Bizim həyatımızda bir çox şey vərdişlərdən asılıdır. Vərdişlərin gücü bizi batıra, sağlamlığımıza, əhval-ruhiyyəmizə zərər gətirə də bilər və həmçinin yeni dilləri öyrənməyimizə, idman ilə məşğul olmağımıza kömək də göstərə bilər. Bəs bunları necə etmək olar? Belə bir üsul var. Əgər nə isə öyrənmək istəyirsinizsə, 21 gün ərzində həmən hərəkəti hər gün olmaq şərti ilə təkrar edin.

Yaxud əksinə, əgər hər hansı bir vərdişdən qurtulmaq istəyirsinizsə, 21 gün ərzində həmən hərəkəti etməyin. Məsələn, bu cür üsul ilə siz gecələr yemək yeməyi tərgidə bilərsiniz və yaxud səhərlər qaçış ilə məşğul olmağı öyrənə bilərsiniz. Belə olduqda orqanizm özünü necə aparır? İlk günlər ən ağır günlər sayılır. Siz rahat mühitə qayıtmaq istəyirsiniz. 2 – 3 gündən sonra daha rahat olur. Bir həftədən sonra isə siz artıq belə düşünürsünüz: “ Afərin mənə!

Artıq rahat ola bilərəm. Bir gecə qida qəbul etmək ilə heç nə olmaz! “ Bu ən çətin dönəm sayılır. Siz özünüzə bu zaman “yox” deyə bilsəniz, bir həftədən sonra sizə hər şey daha rahat gələcək və siz 21 gün gecə yemək yeməməkdən qurtula biləcəksiniz. 21 gündən sonra isə bu sizin üçün normaya çevriləcək.

Lakin siz, eyni zamanda bir neçə vərdişdən qurtulmağa və yaxud bir neçə vərdişi inkişaf etdirməyə cəhd göstərməməlisiniz. 2-3 vərdiş seçsəniz, bu sizə kifayətdir.

Bunları edərkən necə çaşmamaq olar?

Cavab olduqca bəsitdir: onlayn-orqanayzerdən istifadə edin. 21 gün ərzində hər bir vərdiş üçün təkrar olan hadisələri orqanayzerə yazın. Lakin əksəriyyət insanlarda belə bir sual əmələ gəlir: bəs orqanayzerin özünə necə öyrəşə bilərik? Bu inkişaf etdirəcəyiniz ilk vərdiş olmalıdır. Ağlınıza ideya, fikir gəldiyində bunu orqanayzerə yazmağı vərdiş halına gətirin. Həmçinin hər səhər planlaşdırdığınız işlərin və ya təqvim hadisələrinin siyahısına baxmağınız da vacibdir.

Uğurlar!

Son xəbərlər
Digər xəbərlər