25 C
Baku
Saturday, April 20, 2024

Vahid Ələkbərov 700 yanacaqdoldurma məntəqəsini satır

“Lukoyl” şirkəti gəlirlərinin aşağı düşməsi səbəbindən Rusiyadakı yanacaqdoldurma məntəqələrinin 30 faizini sata bilər”. Bu barədə “RBK” agentliyi məlumat yayıb. Məlumata görə, “Lukoyl” ölkədə 2544 yanacaqdoldurma məntəqəsinə sahibdir və bunun da 700-nü satmağı planlaşdırır.

Şirkət əsasən Orenburq, Vladimir, Kostroma, Oryol, Bryansk şəhərlərində, Moskva vilayətində və Çuvayadakı yanacaqdoldurma məntəqlərindən azad olmaq fikrindədir.

Qeyd edək ki, azərbaycanlı milyarder Vahid Ələkbərovun prezidenti olduğu “Lukoyl” neft şirkəti 1993-cü ildə Rusiya Federasiyası hökumətinin qərarı ilə yaradılıb. Nəhəng sənayemaliyyə kompleksinə malik olan şirkət Rusiya, MDB və dünyanın bir çox ölkələrində neft məhsullarının hasilatı, emalı, satışı və kəşfiyyatı ilə məşğul olur.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər