26 C
Baku
Friday, April 19, 2024

Vahid Avropa valyutası yaratmaqda üçüncü cəhd

Çex kralı Ştefan Şlik 1518-ci ildə Bohemiyanın şimal-qərbində yerləşən Yohamistal şəhərində gümüşdən sikkə zərb etdirməyə başladı. Zərb olunduğu yerin adına uyğun olaraq sikkələr “yohamstalerlər” adlandırılmışdı, lakin gündəlik istifadə zamanı bu sözü tələffüz etmək çətin olduğu üçün bu söz qısaldılaraq “taler” şəklinə salındı.

Bu qəşəng, yüksək dərəcəli sikkələr ticarətdə geniş istifadə olunmağa başladı və tez bir zamanda Almaniyada və onun ətraf ərazilərində geniş yayıldı. 1555-ci ildə talerlər Almaniyanın bütün şimal ərazilərində – Prussiya və Saksoniyada da geniş yayıldı. Bundan başqa Hollandiya, İtaliya, İspaniyada talerlər valyuta üçün əsas qəbul edilmişlər. 17-ci əsrin ortalarında hollandiyalı kolonistlər gümüş talerləri Şimali Amerika ərazilərinə gətirmiş və ödəniş vasitəsi kimi istifadə etmişlər.

Növünə görə ən məşhur taler Mariya Terezanın taleri idi. İmperatriçanın ölümündən sonra bütün talerlərin üzərində onun şəkli ilə 1780-ci il qeyd olundu. Hətta Mussolini Efiopiyanı fəth edəndə yerli aborigenlərin Mariya Tereziya talerindən başqa heç bir valyutanı qəbul etmədiklərinin şahidi oldu. Bu səbəbdən də İtaliya 1935-1937-ci illərdə taler zərb etməyə məcbur oldu. Tezliklə Avropanın aparıcı ölkələri də bu siyahıya qoşuldu. Lakin Avstriya 1975-ci ilə qədər üzərində 1780-ci il yazılmış Mariya Tereza talerlərini zərb edirdi.

Son xəbərlər
Digər xəbərlər