Vahid büdcə təsnifatının təsdiq edilməsi qərarında dəyişikliklər edilib

Nazirlər Kabinetinin “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” qərarında dəyişikliklər edilib.

Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə – “Büdcə xərclərinin funksional təsnifatı”na Əlavənin 6.2.1-ci paraqrafı aşağıdakı redaksiyada verilib:

“İşsizlik” paraqrafına mövcud qanunvericiliyə uyğun olaraq işsizlikdən sığorta ödənişləri, işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan işsizlikdən sığorta fondu hesabına maliyyələşdirilən aktiv məşğulluq tədbirləri daxildir.”.

Həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə – “Büdcə xərclərinin iqtisadi təsnifatı” üzrə:

“İcbari tibbi sığorta” paraqrafından sonra “İşsizlikdən sığorta” paraqrafı əlavə edilib,

“İşsizliyə görə verilən müavinətlər” paraqrafı “İşsizlikdən sığorta ödənişləri” adlandırılıb,

“İşsizlərin hazırlığı və ixtisasın artırılması ilə bağlı transfertlər” paraqrafı “İşaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirləri” adlandırılıb.

Büdcə xərclərinin iqtisadi təsnifatına Əlavə üzrə:

“Əmək haqqına üstəlik” köməkçi bölməsində “və İcbari tibbi sığorta” sözləri “İcbari tibbi sığorta” və “İşsizlikdən sığorta” sözləri ilə əvəz edilib;

Aşağıdakı məzmunda yeni paraqraf əlavə edilib: “İşsizlikdən sığorta” paraqrafına işsizlikdən sığorta ilə bağlı xərclər daxildir”;

“Təqaüdlər və sosial müavinətlər” bölməsinin birinci cümləsindən “işsizlərə,” sözü çıxarılıb və ikinci cümləsində “işsiz vətəndaşlara müavinətlərin” sözləri “işsizlikdən sığorta ödənişlərinin” sözləri ilə əvəz edilib”;

“Sosial yardımlar üzrə ödənişlər” paraqrafında “işsizliyə görə ödənilən müavinətlər, həmçinin işsizlərin hazırlığı ilə bağlı transfertlərlə” sözləri “işsizlikdən sığorta ödənişləri, həmçinin işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirləri ilə” sözləri ilə əvəz edilib;

“İşsizliyə görə verilən müavinətlər” paraqrafı aşağıdakı redaksiyada verilib:

“İşsizlikdən sığorta ödənişləri” maddəsinə işsizlərə ödənilən işsizlikdən sığorta ödənişləri ilə bağlı xərclər daxildir.”.

“İşsizlərin hazırlığı və ixtisasın artırılması ilə bağlı transfertlər” paraqrafı aşağıdakı redaksiyada verilib:

“İşaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirləri” maddəsinə işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirləri üzrə xərclər daxildir”.

Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

📝 RƏY BİLDİR