27 C
Baku
Wednesday, April 24, 2024

Valideynlər üçün təlimat!

Mariya Montessori – italyan həkim, pedaqoq, alim, filosof, humanist idi. O XIX – XX əsrlərdə pedaqoji təfəkkürdə yeni səhifə açmışdır. Onun uşaqların tərbiyəsin mövzusunda valideynlər üçün təlimatı hər biriniz üçün faydalı olacaq! 

Uşaqlar ilk dərslərini öz ətraflarında gördüklərindən, baş verən hadisələrdən alırlar.

Uşağı daim tənqid etdikdə o insanları qınamağı öyrənir.

Uşağı daim təriflədikdə o qiymətləndirməyi öyrənir.

Uşaq daim ətrafında düşmənçilik gördükdə o dava etməyi öyrənir.

Uşaqla ədalətli davrandıqda o dürüstlüyü öyrənir.

Uşağı daim lağa qoyduqda o utancaq olmağı öyrənir.

Uşaq təhlükəsizlikdə olduğu hissi ilə yaşayırsa o inanmağı öyrənir.

Uşağı daim pərt edirlərsə o özünün günahkar hiss etməyi öyrənir.

Uşağı hərəkətlərini çox vaxt təsdiq etdikdə o özünə inam hissi əldə edir.

Uşağa daim etiraz etdikdə o səbirli olmağı öyrənir.

Uşaq dostcanlı mühitdə yaşayırsa və özünü dəyərli hiss edirsə o bu dünyadan sevgi tapmağı öyrənir.

Hər zaman sizə müraciət edən övladınızı dinləyin və suallarına mütləq cavab verin.

Səhvə yol verən və səhvinə ya indi, yaxud da gələcəkdə düzəliş edə biləcək övladınıza hörmətlə yanaşın.

Həyatda yeniliklərin axtarışında olan övladınıza hər bir halda kömək etməyə hazır olun.

Övladınıza qarşı mümkün olan ən yaxşı davranışlardan istifadə edin.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər