14 C
Baku
Wednesday, April 24, 2024

Valyuta hərracı nədir?

Hərrac nədir?

Bir mülkün, malın, əşyanın, əmtəənin ən çox pul verənə verilmək üzrə açıq satışa qoyulması, auksion, yəni açıq artırma üsulu ilə satılması.

Hərracda qiymət necə müəyyən olunur? Hərrac zamanı iştirakçılara ilkin qiymət təklif olunur, qısa zaman ərzində ən çox qiymət təklif edən hərracı udur.

Valyuta hərracı (Currency auction) nədir? Öncədən şirkətlər, banklar, hüquqi şəxslər qeydiyyatdan keçir, hərracda iştirak etmək istəyini bildirir. Hər bir hüquqi şəxs hərrac zamanı ya hesabında olan valyutanı sataraq, öz ölkəsinin milli valyutasına olan təlabatını ödəyir, ya da əksinə, öz hesabında olan milli valyutasını, digər ölkə valyutasına dəyişir.

Valyuta hərracının baş tutması üçün ilk növbədə valyuta satan oyunçuların çox olması əsas şərtdir, digər şərt isə öncədən bazara nə qədər valyuta çıxacağının bilməməkdir ki, spekulyasiyalara səbəb yaranmasın. Hər bir ölkənin Mərkəzi Bankı hərracların gedişatında öz dövlətinin maraqlarına uyğun olaraq hərraca iqtisadi müdaxilə edə bilər – valyuta satmaqla öz milli valyutasına dəyər qazandırır, almaqla isə milli valyutasını ucuzlaşdırır.

Tam üzən məzənnə nədir?

Bu zaman bazarda olan oyunçuların sayı, istəkləri və məqsədləri hərracda tələb-təklif prinsipinə görə məzənnəni müəyyən edir, bazara heç bir müdaxilə olmur, MB-lar bu prosesdən kənarda qalır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər